Daşkəsəndə ailə dramı baş verib. Ata öz doğma oğlunu güllələyib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Astaf kəndində qeydə alınıb.
Gədəbəy sakini Elfaq Abbasov bədənində güllə yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyata götürülüb, vəziyyətinin orta ağır olduğu bildirilir.
İlkin versiyaya görə, E.Abbasov atası tərəfindən ov tüfəngi ilə meşədə güllələnib. Hadisə baş verən zaman ata-bala sərxoş olublar. Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu