Azərbaycanda neçə əcnəbi tələbə təhsil alır? - RƏSMİ

Azərbaycanda neçə əcnəbi tələbə təhsil alır? - RƏSMİ

Hazırda oxunan: Azərbaycanda neçə əcnəbi tələbə təhsil alır? - RƏSMİ
109515
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Elm və Təhsil Nazirliyində ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıq, xüsusən əcnəbilərin təhsili sahəsi üzrə məsul əməkdaşlarının iştirakı ilə görüş keçirilib. 

Bizim.Media nazirliyə istinadən xəbər verir ki, hər il ənənəvi olaraq təşkil edilən görüşün məqsədi ali təhsil müəssisələrinin beynəlmiləlləşməsi prosesində mövcud vəziyyət, əcnəbilərin ölkəmizdə təhsilinə dair məsələlərin müzakirəsi olub.

Görüşdə 38 ali təhsil müəssisəsinin 60-a yaxın nümayəndəsi, həmçinin Elm və Təhsil Nazirliyinin müvafiq struktur bölmə rəhbərləri və məsul şəxsləri iştirak ediblər. 

Görüş zamanı əcnəbi tələbələrin ölkəmizə cəlbinin təşviqi və təhsilinin təşkili məsələlərinə dair 2022-ci ildə həyata keçirilmiş mühüm tədbirlər barədə məlumat verilib, eləcə də 2022-2023-cü tədris ilində təhsil alan əcnəbi tələbələrlə bağlı statistik məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Həmçinin cari tədris ilində ölkəmizdə təhsil alan əcnəbi tələbə sayının bu günədək ən yüksək göstəriciyə çatdığı və 110 ölkədən 9 000-ə yaxın şəxsi əhatə etdiyi qeyd olunub. 

Bununla yanaşı, Elm və Təhsil Nazirliyinin sifarişi ilə aparılmış ““Study in Azerbaijan” beynəlxalq ali təhsil imkanları” adlı tədqiqatın nəticələrinə dair təqdimat keçirilib. 

Sonda görüş iştirakçıları rəy və təkliflərini səsləndiriblər, onların sualları cavablandırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO