Füzulidə hava limanının tikintisi sürətləndiriləcək

Füzulidə hava limanının tikintisi sürətləndiriləcək

Hazırda oxunan: Füzulidə hava limanının tikintisi sürətləndiriləcək

10399

İşğaldan azad edilmiş Füzuli rayonu ərazisində beynəlxalq hava limanının yaradılması çərçivəsində minalardan təmizlənmiş ərazilərdə uçuş-enmə zolağının özülünün hazırlanması üçün torpaq yatağının çıxarılması işləri aparılıb.

Bizim.Media-nın məlumatına görə, bunu jurnalistlərə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Etibar Hüseynov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Şuşada yeni yarımstansiya tikilir - VİDEO


Onun sözlərinə görə, yeni hava limanının tikintisi çərçivəsində ilk növbədə uzunluğu 3 000 metr və eni 45 metr olan uçuş-enmə zolağının tikintisinə başlanılıb:

“İşin təşkili maksimum sürətlə davam edəcək. Planlaşdırırıq ki, yazın gəlişindən sonra, 24 saatlıq iş rejimi təşkil ediləcək”.

O bildirib ki, uçuş-enmə zolağının işıq-siqnal sistemləri, eləcə də radionaviqasiya və meteorolojı avadanlıqlar ilə təchiz edilməsi üçün xarici şirkətlərlə müqavilələr bağlanılıb və bu avadanlıqlar 2021-ci ilin sonunadək Azərbaycana gətirilərək Füzuli hala limanında quraşdırılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO