Vətən Müharibəsi Qəhrəmanı: “Bu gün ən müasir silah və texnikamız var” – VİDEO

Vətən Müharibəsi Qəhrəmanı: “Bu gün ən müasir silah və texnikamız var” – VİDEO

Hazırda oxunan: Vətən Müharibəsi Qəhrəmanı: “Bu gün ən müasir silah və texnikamız var” – VİDEO

103317

“Zəfər günü bizim üçün çox önəmlidir. Xalqımız zəfər üçün şəhidlər verdi. Allah xalqımıza bu günü daim qürurla qeyd etməyi nəsib etsin”.

Bu fikirləri BizimMedia-ya müsahibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Vətən müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı Nizami Mövlanov səsləndirib.

Azərbaycan ordusunun inkişafından danışan polkovnik ordumuzun ən müasir silah və sursatlarla təmin edildiyini deyir.

“Azərbaycan Ordusu Müzəffər Ali baş komandanın dediyi kimi yenidən qurulur,  Türkiyə Silahlı Qüvvələrinə uyğunlaşdırılır. Bu gün ən müasir silah və texnikamız var. Ordumuz istənilən tapşırığı yerinə yetirməyə qadirdir”, - deyə N.Mövlanov əlavə edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO