Oğuzda avtomobilin qarşısına çıxan at qəzaya səbəb oldu - FOTO

Oğuzda avtomobilin qarşısına çıxan at qəzaya səbəb oldu - FOTO

Hazırda oxunan: Oğuzda avtomobilin qarşısına çıxan at qəzaya səbəb oldu - FOTO

103127

Avtomobil hərəkətdə olarkən qarşısına at çıxıb. Hadisə bu gün axşam saatlarında Oğuzun Calut kəndi ərazisində qeydə alınıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 51 yaşlı Oğuz sakini Tərlan Hümmətovun idarə etdiyi “KİA” markalı avtomobilin qarşısına qəflətən çıxıb. Nəticədə at maşına çırpılıb.

Qəza nəticəsində “KİA”nın sərnişini 62 yaşlı Mahirə Məsimova aldığı müxtəlif xəsarətlərlə Oğuz rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Yaralıya ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

At isə zərbənin gücündən hadisə yerində tələf olub.  

Faktla bağlı araşdırma başlanılıb.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu


Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO