"Ermənistan konstruktiv mövqe nümayiş etdirmir" - Allahşükür Paşazadə

Hazırda oxunan: "Ermənistan konstruktiv mövqe nümayiş etdirmir" - Allahşükür Paşazadə
100132
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Dağıdılmış şəhər və kəndlərimizə yeni həyat verən Azərbaycan dövləti Türk dünyasının qüdrətini, qurucu mədəniyyətini, tolerant mənəviyyatını bütün dünyaya nümayiş etdirir".

Bizim.Media xəbər verir ki, bunu Şeyxülislam Hacı Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatının müsəlman dini liderlərinin 3-cü görüşündə çıxışı zamanı deyib.

O bildirib ki, lakin təəssüflər olsun ki, Ermənistan konstruktiv mövqe nümayiş etdirmir.

"Ermənistanın bəzi siyasi və din xadimləri barış, qarşılıqlı anlaşma mövqeyindən deyil, revanşizm, yeni müharibə ritorikası ilə çıxış edərək xalqların dinc yanaşı yaşamasına maneçilik törədirlər. 

Böyük təəssüflə qeyd etməliyəm ki, münaqişə davam etdiyi illərdə sülh istiqamətində dəfələrlə birgə imza qoyduğumuz bəyanatların ruhuna xilaf çıxaraq Eçmiədzin bu gün də revanşizmin əsas təşkilatçılarındandır. 
Mən bu tribunadan erməni Kilsəsinə, Eçmiədzinə müraciət edir, nə qədər gec deyil, xalqının taleyini, müqəddəratını düşünərək revanşizmdən əl çəkməyə, təxribatlara, qarayaxma kampaniyalarına və nifrət çağırışlarına son qoymağa, öz xalqına yeni müsibətlər deyil, nicat verəcək ideyalarla çıxış etməyə, məhvə məhkum etməməyə çağırıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO