Bu məqalə Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunur.
Bu məqaləni Osmanlı Hərbiyyə naziri Ənvər Paşanın, Qafqaz İslam Ordusu komutanı Nuru Paşanın və Azərbaycanın İstiqlalı uğrunda şəhid olmuş Qafqaz İslam Ordusunun Mehmetçiklərinin əziz xatirəsinə həsr edirəm.
Ə.B.Topçubaşov və M.Ə.Rəsulzadə liderliyindəxa0 Rusiya türklərinin Azadlıq mübarizəsinin iki mərhələsi: Rusiya Müsəlmanları İttifaqından Azərbaycan Cümhuriyyətinəxa0 keçid...
“Zaqafqaziya bir əsr bundan əvvəl ruslar tərəfindən işgal edilmişdir. Bu əsr ərzində biz müsəlmanlar əsir kimi həyat sürmüşük, təqiblərə məruz qalmışıq, bizə heç bir haqq və hüquq verilməmiş, kölə halına salınmışıq… Yüz il ərzində biz hökumətin şiddətli hücumlarına məruz qalmışıq… Ölkəmiz istila edilən kimi dərhal milli varlıgımıza təcavüz edildi… Biz anaların qucağından alınıb havaya atılan südəmər uşaqların havada ikən xəncərə keçirildiklərini görmüşük, biz hamilə qadınların qarnına saplanan xəncərlərin açdıgı yaralardan uşaq əllərinin bayıra sallandıgının şahidi olmuşuq. Qoy… dəlik-deşik edilən cəsədlərdən, anaların, uşaqların fəryadından, iniltisindən həzz alanlar rədd olsunlar”.
1905-ci il iyunun 12-də Rusiya Dövlət Dumasında Azərbaycan millət vəkili İsmayıl xan Ziyadxanovun çıxışından.
“...Biz bir əsildən, bir nəsildən gələn, bir dinə iman gətirən türklərik. Məgribdən məşriqə qədər bizim babalarımızın yurdu olub. Babalarımızın qəhrəman xalq olmasına baxmayaraq, bu gün Qafqaz daglarında, Krım baglarında, Kazan çöllərində, babalarımızın yurdunda, öz vətənimizdə, öz torpağımızda ehtiyac və tələbatımızı azad şəkildə müzkirə etməyə ixtiyarımız qalmadı...”xa0
Ə.B.Topçubaşovun Rusiya Müsəlmanlarının Ixa0 Qurultayında etdiyi çıxışından.
“Azərbaycan bir məşalədir. Bu məşaləninxa0 sönməməsi üçün əl birliyi edib mütəmadiyən çalışalım əfəndilər!xa0 Mən sizi böylə bir ittihada dəvət edirəm”.xa0
M.Ə.Rəsulzadənin Azərbaycan Parlamentinin açılış toplantısındakı çıxışından.xa0
Giriş
Sadəcə Qafqaz tarixi baxımından deyil, Türk və İslam xalqları tarixi baxımından da Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Türk və Şərq xalqlarının tarixi prosesində millət kimliyinə və cümhuriyyət rejiminə əsaslanaraq qurulmuş ilk siyasi və sosial quruluşdur. Azərbaycan Xalq Cümhuriyyəti 1870-ci illərdən etibrən Qafqazxa0 türklərinin keçdikləri millətləşmə prosesinin çatdığı zirvə idi [22.s.586-587]. Bu millətləşmə prosesi milli bir dövlətin ortaya çıxması ilə nəticələnmişdir. XIXxa0 yüzillikdə Rusiya tərəfindən işğal edilən xanlıqlarxa0 formasında yaşayan Qafqazxa0 Azərbaycanı, əgər 1918-1920-ci illərdə müstəqil dövlət kimliyinə qovuşmasaydı, 27 aprel 1920-ci ildən sonra yaranmış Azərbaycan sovet sosialist cümhuriyyəti və 1991-ci ildə müstəqilliyinə qovuşmuş Azərbaycan Cümhuriyyəti olmayacaqdı. Yəni Azərbaycanın Rusiyayaxa0 necə bir kimlik altında qatılacağı müəyyənləşməmiş qalsaydı və qurulmuş dövlət kimliyi olmsaydı 1991-ci ildə Azərbaycanın müstəqilliyi bir problemə çevriləcəkdi [22.s.587]. Azərbaycan Xalq Cümhuriyyətinin siyasi ömrü sadəcə 23 ay (18 may 1918- 27/ 28 aprel 1920) sürməsinə baxmayaraq, Qafqaz türklərinin bütün milli, dini, mədəni, sosial və siyasi dəyərlərini dövlət yaratmaqla bütünləşdirilməsinə imza atmış, Rəsulzadənin 29 noyabr 1918-ci il tarixində “Bütün Azərbaycan əhalisinə” ünvanladığı mürciətindəxa0 bildirdiyi kimi, Azərbaycanın müsəlman-türkləri millətləşmə prosesini tamamlamaqla, milli bir varlıqdan dövlət sisteminə yüksəlmişdir.xa0
Altı maddəlik Azərbaycanın müstəqilliyini elan edən deklarasiyada dövlət və ölkənin adı “Azərbaycan Xalq Cümhuriyyəti” olaraq elan edilmişdir. Yeni dövlət və qəbul edilən siyasi rejim modernizmin təməl prinsiplərindən biri olan milliyyət varlığı üzərində formalaşmışdır.xa0 Bu 1870-ci illərdən etibarən böyük və əzablı bir millətləşmə prosesi keçirən Azərbaycan türklərinin bir millət kimi formalaşmasının və kültürəl millətçilikdən siyasi millətçiliyə keçidinin ifadəsi idi.xa0 Milli Şura Sədri M.Ə.Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 1-ci ildönümü ilə bağlı Azərbaycan qəzetinin 28 may 1919-cu il xüsusi buraxılışında yaydığı bəyanatda “Cümhuriyyətin milli mədəniyyət təməlinə dayanması və milli demokratik türk dövlətçiliyi əsasları üzərində qurulması səbəbiylə, Azərbaycan ilk Türk millət dövləti və müsəlman cümhuriyyətidir” fikrini açıq bir şəkildə dilə gətirmişdir. Məşhur bəstəkar Üzeyir Hacıbəyli isə Azərbaycan qəzetinin 28 may 1919-cu il 190-cı sayında yazdığıxa0 məqalədə “rejimin sağlam bir millət düşüncəsi, Türklük idealı üzərində qurulduğunu” vurğulamışdır.xa0 Müsavat partiyasının ideoloqlarından biri olan Mirzə Bala Məmmədzadə “Cümhuriyyət” anlayışını yeni bir prosesin başlanğıcı sayaraq, bu anlayışı “xanlıq və dərəbəylik dövründən sonra demokratik bir hərəkat kimi doğulub inkişaf edən Azərbaycan türk millətçiliyinin məntiqli bir nəticəsi” kimi qiymətləndirmişdir. [22.s.587-588] Türk kimliyini özünü sadəcə müsəlman kimi tanıyan bir cəmiyyətə mənimsətməklə ümmət dövründən millət dövrünə keçidxa0 1870-ci illərdən etibarən Türk Qafqazında başlayan maarifçilik hərəkatının əsas uğuru idi və Azərbaycan Xalq Cümhuriyyəti bu təməl ideya üzərində yüksəlmiş,xa0 xa0modernizmin millət-dövlət konsepsiyasına əsaslanmışdır. 1925-ci ildə M.Ə.Rəsulzadə yazırdı. “Rusiya idarəsindəki müsəlmanlara “Türk” dedirtmək bu gün qazanılmış bir davadır. Yalnız türk kəlməsi deyil, Azərbaycanxa0 adı da qazanılmışdır”[22.s.590]. Avropa modernizm ideyaları ilə (rasionalizm, pozitivizm, empirizm, seintizm, praqmatizm, humanizm, liberalizm, demokratiya, kapitalizm, sosializm, sekulyarizm, milli dövlət) Şərqin humanizm, kollektivizm, irfan və tövhid inanclarının sintezindən doğulmuşxa0 Azərbaycan Cümhuriyyəti 1870-ci illərdən etibarən Türk Qafqazlarında başlanan maarifçilik ideyalarının Türk-Osmanlı, Türk-Qacar və Qızıl Orda (Rusiya) torpaqlarındakı (İdil-Ural Türkləri) Cədidizm, Tənzimat, Məşrutə hərəkatlarında yoğrulması nəticəsindəxa0 Türklük, İslam, Çağdaşlıq ideyalarıxa0 ilə tarixə qədəm qoymuşdur. Azərbaycan Cümhuriyyət düşüncəsi iki parlaq liderlə−Rusiya müsəlmanları İttifaqının sədri və Rusiya Dövlət Dumasında Müsəlman Fraksiyasının liderixa0 Ə.B.Topçubaşovun və Müsavat partiyası lideri M.Ə.Rəsulzadənin siyasi fəaliyyətləri nəticəsində iki tarixi mərhələ və siyasi,xa0 hüquqixa0 xa0təkamül prosesindən keçərəkxa0 qurulmuşdur.xa0 xa0Ə. M.Topçubaşovxa0 Rusiya Dövlət Dumasının “Müsəlman fraksiyası”na və Rusiya müsəlmanları İttifaqına sədrliyi dövründə Azərbaycan Cümhuriyyətinin qurulmasına siyasi-hüquqi zəmin hazırlamış, M.Ə.Rəsulzadə bu zəmin üzərində Azərbaycan Cümhuriyyətini yüksəltmişdir.xa0xa0
1.Çar despotizminin böhranı
XVI əsrdən etibarən Avropada yüksəlməkdə olanxa0 Renessans və Maarifçilik ideyaları əsasında formalaşmış yeni bir inkişaf mərhələsi olan Modernizm çağı feodalizmə, aqrar iqtisadiyyata, sxolastik təfəkkürə, despotizmə, imperatorluq dövlət modelinə son vermək məqsədilə yeni- rasyonalizm, sekulyarizm, empirizm, sientizm, pozitivizm, humanizm, liberalism, demokratiya, kapitalizm, sosializm, Millət dövlətixa0 kimi universal paradiqmalarını yaratdı. Bu ideyalar universal ideyalar kimi yayılaraq Rusiyada, Uzaq Şərqdə, Orta Şərq Türk-Müsəlman coğrafiyasında yeni bir sosyo-kültürəl, sosyal-siyasi reform və inqilab hərəkatlarının başlanmasına zəmin yaratdı. Yeni modernizm çağının buxa0 tələbləri əsasındaxa0 XIX əsrin sonu - XX əsrin əvvəli dünya tarixində dərin dəyişikliklər prosesi başlandı.xa0
Sosial-iqtisadi həyatdakı dəyişikliklər, sənaye çevrilişinin başa çatması və dünya iqtisadiyyatının inkişafında sənaye mərhələsinə keçid burjuaziya cəmiyyətinin formalaşması, siyasi partiyaların yaranması, proletariatın - fəhlələrin adından çıxış edənxa0 ictimai qüvvə və qruplar tərəfındən siyasi partiya təşkilatların yaranması - bu dövrün başlıca xüsusiyyətlərini təşkil edir.xa0 [11.s.337]xa0 XX əsrin ilk illəri Rusiya tarixində xüsusi yer tutur. Rusiyanı idarə edən çar hökümətinin Panslavyanist ideyası əsasında həyata keçirdiyi müstəmləkəçilik və ekspansiya siyasəti nəticəsində XIX əsrin sonlarındaxa0 Rusiya güclü imperiyaya çevrildi. Qafqaz və Mərkəzi Asiya Türk-İslam ölkələrini işğal edərək hakimiyyəti altına alan Rusiya uzaq şərq ölkələrinə qarşı da işğal siyasəti həyata keçirməyə başladı. Rusiya Avropa imperialist güclərin Çində əldə etdiyi böyük qazancların yaratdığı üstünlüyüxa0 xa0Yaponiyanı işğal edərək dəngələmək siyasəti yürütməyə başladı [9. s. 227].xa0 Lakin bu dövrdə dünya iqtisadiyyatında baş vermiş böyük böhran öz təsirini Rusiyada da hiss etdirdi. 1900-1903-cü illər böhranı Rusiya iqtisadiyyatının dünya kapitalist təsərrüfatı ilə qırılmaz əlaqələrinin mövcudluğunu göstərdi. Böhranxa0 müvəqqəti olaraq Rusiya sənayesinə xarici kapital axınını dayandırdı. 1904-cü ildə Yaponiya Rusiyaya müharibə elan etdi. Çar hökuməti bu müharibənin Rusiyanın siyasi mövqeyini möhkəmləndirməkdə və inqilabın qarşısını almaqda ona kömək edəcəyini düşünürdü. Lakin uzaq Şərqin yeni gücü olan Yaponiya avropalaşma prosesinə başlamaqla iqtisadiyyatını, texnologiyasını və ordusunu modernləşdirməklə Rusiyanınxa0 Uzaq şərqdəki işğal siyasətini iflasa uğratmış, Rusiyanı məğlub etmişdi [9. s.227].xa0 xa0Müharibədəki məğlubiyyətdən sonra Rus cəmiyyətindəki böhran daha da dərinləşdi. Bu məğlubiyyət Rusiya içində mütləqiyyətin doğurduğu bir çox problemlərin Rusiyanı geri atdığı düşüncəsini doğurmuşdur və Rus ziyalıları Rusiyanı modernləşdirmək məqsədilə mütləqiyyətin devrilməsi, daha ədalətli və demokratik siyasi idarəetmənin yaradılmasıxa0 məqsədilə siyasi inqilabi mübarizəyə başlamışlar. Bu dövrdə Rusiya siyasi elitasıxa0 Rusiyada konstitusiyalı monarxiya, parlamentarizm, demokratik idarəetmə istəyən burjaziya və ziyalılar təbəqəsi (Kadetçilik) vəxa0 kollektivizm,xa0 xa0ateizm, fəhlə sinfinin diktatorluğuna əsaslanan bolşevik Kommunistlər olaraq iki hissəyə parçalanmışdı. Hər iki siyasi cinahın yenixa0 xa0Rusiya qurmaq ideyaları vəxa0 fəaliyyətləri sürətlə Rusiyanın bütün bölgələrinə yayılmağaxa0 başlamışdı. 1905-ci il sentyabrın 19-da (2 oktyabr) Moskvada başlayaraq 1.700.000 nəfərin iştirakı ilə bütün Rusiyanı bürüyən tətil hərəkatı artıq 1907–ci ilə qədər inqilaba çevrildi.xa0 [11.s.338]xa0
2. Azadlıq Manifesti
Rusiyanı bürüyən bu inqilabi hərəkat və bu iki sosial-siyasi təzyiqlər nəticəsində Çarxa0 II Nikolay nazirlərindən qraf Vittenin tövsiyəsilə 1905-ci ildə “17 oktyabr manifesti” imzaladı. [9. s.227-228]. II Nikolayın elan etdiyixa0 “Azadlıq manifesti”ndəxa0 Çar,xa0 şəxsiyyətin toxunulmazlığı, fikir, söz azadlığı,xa0 sərbəst toplaşmaq haqqı, azad cəmiyyətlər vəxa0 təşkilatlarxa0 yaratmaq haqqı prinsiplərinin qorunmasına əsaslanaraq vətəndaşlıq azadlığının ayrılmaz hissələrini xalqa bağışlamağı;xa0 indiyə qədər seçki hüququ olmayan xalqa, qanunun təyin etdiyi çərçivədə, ümumi seçki hüququnun verilməsi, “1905-ci il 6 avqust qanunu” ilə Dövlət Duması və Dövlət Şurası seçkilərinin aparılmasını;xa0 heç bir qanunun Dövlət Dumasının razılığı olmadan qüvvəyə minməməsi üsulunun pozulmaz bir əsas olaraq qəbul edilməsi və Çar tərəfindən təyin olunan hökumətlərin fəaliyyətinə nəzarət edilməsinə seçki yolu ilə xalqın da iştirak etməsinin mümkün olması... kimixa0 hüquqların verilməsini bəyan etdi [12. s, 1-2]. Manifest məhkum xalqlara (130 milyonluq əhaliyə) o cümlədən, türklərə, ukraynalılara, beloruslara, gürcülərə, yəhudilərə və başqa xalqlara heç bir yenilik vəd etmirdi. 1899-cu il qanununa əsasən Türklərin dövlət idarələrində çalışmasının qadağan edilməsi, manifestdə yenə də olduğu kimi qalırdı. 1899-cu il qanununa əsasən başqa millətlərin (Sibirdə yaşayan bir neçə xalq;xa0 Arxangelsk vilayətindəki eskimoslar; Stavropol vilayətindəki köçərilər; Kalmıklar; Qırğızlar;xa0 Kazan və Türkistan xalqları; Azərbaycan Türkləri və Qafqazda yaşayan müsəlmanlar; yəhudilər)xa0 dövlət idarələrində çalışması və əsgəri xidmətə çagrılması qadağan olunmuşdu [7.s.104]. 1905-ci ilə qədər Rus çarının məhkum Türk xalqlarına qarşı apardığı siyasət bu qanunla tənzimlənirdi [10.s.132]. 17 oktyabr manifesti Rusiyada siyasi partiyaların yaranmasının və bir sıra azadlıqların alınmasının rəsmi şəkildə təsbiti olduğu üçün Rusiya müsəlmanları bu manifestin imkan verdiyi bütün siyasi hüquqlardan yararlanmaq fürsəti əldə etdilər. Bununla bərabər çar II Nikolay 1905-ci ilin dekabr ayının 11-də Dövlət Dumasının çağrılması haqqında fərman elan etdi. Bu fərmanla Qafqaz müsəlmanları da Dumada iştirak etmək haqqı qazandı. Bundan istifadə edən Rusiyaxa0 türkləri milli haqlarını müdafiə etmək, müstəmləkəçiliyin gətirdiyi əsarətin, köləliyin vurduğu zərbələrin qarşısını almaq məqsədilə təşkilatlanmaga başladılar. Bu zaman Azərbaycanxa0 mətbuatında xalqı oyanışa, birləşməyə çağıran yazılar dərc olunur, bu inqilabdanxa0 haqq və hüquqxa0 mübarizəsində mümkün qədər çox şey əldə etmək lazım olduğu fikri irəli sürülürdü. Əli Bəy Hüseynzadənin nəşr etdiyi “Həyat” qəzeti yazırdı: “Əgər biz irəliləmək və həyati varlığa sahib bir millət olmaq istəyiriksə, hər şeydən öncə müsəlman olaraq qalmalıyıq. Bizim mütərəqqi idealımız, həyatımızın yaxşılaşması istiqamətində olan arzumuz İslam qanunlarına bağlı olaraq əldə edilə bilər”[5]. “Kaspi” qəzetində isə Əhməd Bəy Ağayev yazırdı: “Bütün bu cəmiyyət yalnız dini cəmiyyət olmayıb, eyni zamanda etnik bir varlıqdır. Çünki bizim Rusiya müsəlmanları çox az istisna ilə böyük türk-tatar irqinə mənsubdurlar, tək dildə danışırlar və eyni dini inancı daşıyırlar” [8].xa0
3. Ə.B.Topçubaşov liderliyində Azərbaycanxa0 Millixa0 Hərəkatının birinci mərhələsi
1905-ci ilin yazı və yayında, ölkədə inqilabi mübarizənin gücləndiyi bir dövrdə milli burjuaziya və ziyalılar burjua-liberal hərəkatının sülhpərvər, leqal üsullarından - kollektiv müraciətlərin verilməsi, çar üsul-idarəsi nümayəndələrilə görüşlərdən istifadə edirdilər. Azərbaycan aydınlanma hərəkatının ən böyük liderlərindən biri, Peterburq universitetinin Şərqşünaslıq bölümü professoru Mirzə Cəfər Topçubaşovunxa0 nəvəsi və H.Z.Tağıyevin sahibi olduğu “Kaspi” qəzetininxa0 redaktoru Ə.Topçubaşovunxa0 rəhbərliyi ilə Azərbaycanxa0 burjaziyasının və ziyalılarınınxa0 bütünxa0 təmsilçiləri Rus inqilabından bəhrələnmək məqsədilə geniş təbliğat, təşviqat işi başlatdılarxa0 və H.Z.Tağıyevin sarayına toplaşaraq , Qafqazın Rusiya tərəfindən işğalından sonra ilk dəfə Türk-müsəlman əhali adındanxa0 Rusiya rəhbərliyindən siyasi, sosial və mədəni haqların verilməsini tələb etdilər.xa0 Şəmsi Əsədullayevin, A.Topçubaşovun, Ə.Ağaoğlunun, A.Ziyadxanovun, Q.Zülqədirovun, R.Şirvanskinin imzası ilə “İmperatorluq daxilində yaşayanxa0 müsəlmanlarınxa0 icraedici, qanunverici orqanlarda təmsil olunması, özünü idarəetmə qurumlarının yaradılması, söz və mətbuat azadlığı, ictimai və şəxsi toxunulmazlığın qorunması, ana dilində təhsil və s. kimixa0 sosial, mədəni, siyasi haqların verilməsixa0 tələb edildi.xa0
Bu təşəbbüslərdənxa0 sonraxa0 H.Z.Tağıyevinxa0 maliyyə dəstəyi ilə çıxan “Həyat” qəzetinin ilk sayında Topçubaşov və Ə.Ağaoğluxa0 Türk-müsəlman aləminə müraciət edərək yazırdılar. “ ...Biz müsəlmanıq və bu üzdən bütün din qardaşlarımızın tərəqqi etməsini istəyirik. Biz Türkük və buna görə də hər yerdə və hər sahədəxa0 bütün Türklərdən tərəqqi və yüksəliş gözləyirik”.xa0 xa0[22.s.527]. Beləcə Türk burjaziyası ilə ziyalıların birgə fəaliyyyətləri nəticəsində sadəcə dini kimliyi ilə müsəlman kimixa0 tanınan Qafqaz Türkləri etnik-millət kimliyi olaraq “Türk dili, kimliyi, mədəniyyəti, ədəbiyyatı və haqlarını” dilə gətirməyə başladılar. Bu ideyalarxa0 qısa zamanda geniş bir ziyalı kütləsinin fəaliyyətinə çevrilərək cəmiyyətdə təbliğ olunmağa başladı. H.Zərdabi, C.Məmmədquluzadə, M.Ə.Sabir, Abbas Səhhət, M.Ə.Rəsulzadə, Ə.Ağaoğlu, A.M.Topçubaşov, M.S.Ordubadi, Üzeyir Hacıbəyli, Ceyhun Hacıbəyli, Ə.Haqverdiyev, Firudun Bəy Köçərli, Əliqulu Qəmküsar, Ömər Faiq Nemanzadə, və bir çox ziyalılar Rus imperiyasındanxa0 milli haqlarını tələb etməyə başladılar. Çar hökümətinin imzaladığı 17 oktyabr 1905 tarixli manifesti Söz, mətbuat və vicdan azadlığı kimi bir sıra haqlar vəd edirdi və Rusiyada və Qafqazda yaşayan türk-müsəlman xalqlarının millətləşməsi prosesinə əngəl olan maneələri aradan qaldırırdı. [22.s.528].xa0
4.Ümum Milli haqq istəyi
Rusiya müsəlmanlarınınxa0 hüquqlarınınxa0 müdafiəsi, təşkilatlanmasıxa0 iki istiqamətdə - Rusiya Dövlət Dumasınınxa0 Müsəlman Fraksiyasının fəaliyyəti əsasında və Rusiya müsəlmanları İttifaqının rəhbərliyi altında getmişdir. 1905-ci ilin yazı və yayında, ölkədə inqilabi mübarizənin gücləndiyi bir dövrdə milli burjuaziya və ziyalılar burjua-liberal hərəkatının sülhpərvər, leqal üsullarından - kollektiv müraciətlərin verilməsi, çar üsul-idarəsi nümayəndələrilə görüşlərdən istifadə edirdilər.xa0
Martın 15-də H.Z.Tağıyevin sarayında burjuaziya və ziyalıların nümayəndələrinin iştirakı ilə keçirilənxa0 Müşavirədə Qafqazda islahatların keçirilməsi zərurətixa0 müzakirə edildi. Müsəlmanlara qoyulan qadağaların göstərildiyi kollektiv müraciət tərtib edildi. Bu müraciət çar hökumətinə Azərbaycan tərəfındən verilən ilk proqram sənəd idi.xa0 Bu müraciət sadəcə tələblərdən ibarət olmayıb “Ümumi milli haqq istəyi” şəklində əsaslandırılmış memorandum mahiyyətində yazılmışdır. [11.s.340]. Layihənin hazırlanmasında Fərrux bəy Vəzirov, Əlimərdan bəy Topçubaşov və Əhməd bəy Ağayevin çox böyük rolu olmuşdur. Müraciətdə əksini tapmış tələblər: Müsəlmanlara da ruslarla eyni siyasi, mədəni, dini hüquq verilməli, müsəlmanlar üçün qanunla və fərmanlarla təsdiq olunan bütün məhdudiyyətlər aradan qaldırılmalıdır. Rusiyada seçkilər əsasında təsis olunacaq qanunverici məclislərin, idarə müəssisələrinin hamısında azad şəkildə seçilmiş müsəlman nümayəndələri ruslarla eyni hüquqa malik olmalıdırlar; müsəlmanlara öz problemlərini həll etmək ixtiyarı verilməlidir; dövlət və ya ictimai idarələrdə öz istəklərinə uyğun olaraq çalışmaq və ölkənin müxtəlif yerlərində istədikləri sənətlərə yiyələnmək hüququ əldə etməlidirlər. Onlara ölkənin hər yerində azad yaşamaq hüququ verilməli; mülkə hər yerdə malik ola bilmək; hər yerdə ticarətin bütün növü ilə məşğul olmaq; nigah və miras kimi ailə məsələlərində İslam şəriətinin qanunlarına hər zaman əməl etmək hüququ müsəlmanların ixtiyarına verilməlidir. Azad din hüququ ilə bərabər, hər yerdə, hər zaman bütün dini vergiləri azad ala bilmək hüququ; bütün ruhanilərin, müftilərin, şeyxülislamların, məhəllə ruhanilərinin xalq tərəfindən təyin edilməsi, seçilməsi hüququ müsəlmanlara verilməlidir; ruhani idarələrinə daxili işlər nazirliyi deyil, xalq özü nəzarət etməlidir; xarici ölkələrdə ilahiyyat təhsili almış şəxslərə də ruhani idarələrində işləmək hüququ verilməlidir; ruhaniçilik üçün rus dilini bilmək məcburiyyəti aradan qaldırılmalıdır; Qafqazın bütün vilayətlərində, nahiyələrində dini məclislər təşkil edilməli və bu məclislər Tiflis ruhani idarəsinə tabe olmalıdır. Məscidlərin və müqəddəs yerlərin qəsb edilmiş vəqfləri (keçmişdə məscidlərə və dini idarələrə bağışlanan, verilən yer və ya əmlak) geri qaytarılmalı, onların idarəsi, bütün təsərrüfatı müsəlmanlardan seçilmiş müdirlərin ixtiyarına verilməlidir. İbtidai tərbiyə ümumi, məcburi, pulsuz olmalıdır. Qafqaz müsəlmanlarına bütün məktəblərdə, mədrəsələrdə xalqın təlim-tərbiyəsinə nəzarət etmək hüququ verilməlidir; məktəblərdə, mədrəsələrdə ilahiyyat, ana dili, milli ədəbiyyat, milli tarix dərsinin tədris edilməsinə icazə verilməlidir; bütün dərsləri milli dildə olmaq şərti ilə hər növ məktəbi təsis etmək işində müsəlmanlar tam azadlığa yanaşı böyük hüquqlar əldə etməlidirlər; mədrəsələr, dini və ya ali məktəblər təsis edib öz istəklərinə əsasən müəllimlərini dəvət edə bilmə hüququ, mətbuat azadlığı əsasında bütün dillərdə kitab, qəzet, jurnal nəşr etmək, bunların hər biri ilə ticarət etmək hüququ, kitabxanalar açmaq, xalq auditoriyaları təsis etmək hüququ, ümumiyyətlə, həm xeyriyyəçilik, həm maarif müəssisələri təsis etmək hüququ hər yerdə, hər zaman müsəlmanlara həvalə olunmalıdır. Təhkimçilik rejiminin bugünkü qalıqlarını ləğv edib, torpaqların kəndlilərə satılması hökumətin qərarları ilə həyata keçirilməlidir, kənd təsərrüfatı bankları təsis edilməli, istifadəsiz qalan dövlət torpaqları torpaqsız və ya az torpaqlı əkinçilərə verilməli, Qafqaza Rus kəndlilərinin köçürülməsinin qarşısı tamamilə alınmalı, Qafqaz müsəlmanlarının qışlaq, yaylaq yerləri, meşə və su kimi ehtiyacları təmin edilməlidir. Dağıstan və Şimali Qafqaz dağlı xalqları üçün 1900-cü il iyulun 12-də çıxarılan və bu xalqların bütün torpaqlarının xəzinə malı sayılmasına dair qanun ləğv olunmalıdır. Bugünkü ağır vergiləri mümkün qədər yüngülləşdirmək; hər növ vergiləri yerin xüsusiyyətlərinə, xalqın imkanına görə almaq; vergilərin miqdarını, məsrəflərini təyin edərkən müsəlman vəkilləri də hər zaman dəvət olunmalıdır. Fabriklərdə, zavodlarda, emalatxanalarda işləyən işçilərin güzəranlarını, həyat şəraitlərini yaxşılaşdırmaq üçün həyata keçirilən tədbirlər və bütün qanunlar müsəlman işçilərinə də şamil edilməlidir. Bütün işçilərin hüquqlarını himayə edə biləcək qanunları yerinə yetirmək, həyatlarını qorumaq üçün dövlət sığortası təşkilatı yaradılmalıdır. Qafqazda andlı hakimlər məhkəməsi, seçilmiş sülh hakimləri təsis edilib, sülh məhkəmələrinin prosesini xalqın dili ilə (türkcə) icra etmək ixtiyarı verilməlidir. Dövlətin daxili vilayətlərində “zemstva” (məhəlli idarə) idarələri hansı üsulda təsis ediləcəksə, Qafqaz müsəlmanlarına da o üsulda tam səlahiyyətli “zemstva” idarələri təsis edilməlidir. Şəhər idarələrində islahat aparılaraq bu idarələr dövlət inzibati idarəsinin müdaxiləsindən azad edilməlidir. Din, söz, mətbuat, yığıncaq, şirkət azadlığı, ərazi, şəxsiyyət toxunulmazlığını himayə məqsədilə həyata keçirilmiş və ya keçiriləcək bütün tədbirlər və qanunlar müsəlmanlara da şamil edilməlidir. Qafqaz müsəlmanlarının ərazi ehtiyaclarına dair həyata keçiriləcək bütün qanunlar və bütün tədbirlər Tiflisdə müsəlman vəkillərinin iştirakı ilə müzakirə edilib, həll olunmalıdır. Bu il 18 fevral fərmanı ilə keçiriləcək müzakirə məclisinə Qafqaz müsəlmanlarından da vəkillər dəvət edilməlidir [2.s.159-166].xa0 Beləlikləxa0 Layihədə göstərilirdi ki, müsəlmanların həyatı cəmiyyətdə olduğu kimi iqtisadiyyatda da sıxışdırılmışdır. Şəhər məclisinə nümayəndələr seçkisinə məhdudiyyətlər qoyulmuşdur. Mülki və hərbi idarələrdə yüksək vəzifələrdə çaşılmalarına, orta və ya ali təhsilli müsəlmanların arzu etdikləri sənəti seçmələrinə, pedaqoji sahədə çalışmalarına, müsəlman olan tələbələrin dövlət təqaüdündən istifadə edə bilmələrinə icazə verilmir. Rus tacirlərinə verilən hüquqlar türk tacirlərinə verilməmişdir. Uşaqların ana dilində təhsil almalarına izn verilmir. Ana dilində qəzet, jurnal, kitab nəşr etdirmək hüququndan məhrum olmaq və başqa bu kimi istəklər öz əksini tapmışdır. Müraciətdə 1864-cü ildə Qafqaz üçün hazırlanan məhkəmə quruluşu nizamnaməsinin artıq zamanın tələblərinə cavab vermədiyi göstərilirdi. Qeyd olunurdu ki, müsəlmanların adət və ənənələrini yaxşı bilən hakimlər, o cümlədən mülki işlər üzrə hakimlər yerli adamlardan seçki yolu ilə seçilsin. Müraciətdə Qafqazda yerli idarələrin yaradılması və bu idarələrin tam mənasında inzibati idarənin müdaxiləsi olmadan müstəqil olması, müsəlman xalqı üçün yerli idarədə heç bir məhdudiyyət qoyulmaması, Qafqaz müsəlmanlarına şəxsiyyət və ərazi toxunulmazlığı, fikir, söz, mətbuat azadlığı verilməsi və bunlara qarşı duran bütün qanunların ləğv edilməsi tələb olunurdu. Layihədə kəndli məsələsinə də toxunulurdu. Torpaqsız və az torpaqları kəndlilərə torpaq verilməsi və vergilərin yerli şəraitə görə ədalətli olaraq təyin edilməsini istəyən azərbaycan ziyalılar hansı torpaqların paylanması və nə miqdarda verilməsini də göstərirdilər. Kəndlilərin həyat şəraitinin yaxşılaşdırılması və yüksəldilməsi məsələsi üzərində israrla dururdular.xa0 Müraciətdə Qafqazda zemstvoların (tərkibində çox hissəsi zadəganlardan ibarət olan seçkili yerli idarə) tətbiqinin, andlı iclasçılar məhkəməsinin yaradılmasının, müsəlmanların hüquqlarının rus zadəgan və tacirləri ilə eyniləşdirilməsinin, aztorpaqlı və torpaqsız kəndlilərə torpaq verilməsinin vacibliyi və s. məsələlər mühüm yer tuturdu. Müraciətdə çarizmin müstəmləkə siyasətinə qarşı qəti etiraz ifadə olunurdu. “Ümumi milli haqq istəyi”ni Peterburqa Çar hökümətinə təqdim etmək məqsədilə Fərrux Bəy Vəzirov, Əlimərdan Bəy Topçubaşov, Əhməd Bəy Ağaoğlu, Şəmsi Əsədullayev,xa0 Ağakişi Əliyev və Nəcəf Qulu Sadıqovdan ibarətxa0 bir heyət seçildi və müraciətxa0 2 apreldə 1905-ci ildə Rusiya Daxilixa0 işlər nazirliyinə təqdim edildi. [9. s.229].xa0
5. Rusiya Müsəlmanları ittifaqıxa0
Azərbaycan ziyalılarının Qafqazxa0 müsəlmanları adı ilə tərtib etdikləri bu tələblər tezliklə Əlimərdan Bəy Topçubaşovun liderliyi ilə Rusiya müsəlmanlarının Rusiya müstəmləkəçilik hərəkatına qarşı mübarizəsinin ideyalarına və Rusiya Müsəlmanları İttifaqınınxa0 əsas proqram müddəalarına çevrilmişdir.xa0 xa0Bu məqsədlə Rusiya imperiyasında yaşayan əsir türk ellərinin, müsəlman xalqlarının sosial-iqtisadi və mədəni tərəqqisi problemlərinin birlikdə həll edilməsi və onların siyasi cəhətdən təşkilatlanması ideyası da Bakı müşavirəsində müzakirə olunmuş,Çar höküməti qarşısında qüvvətli bir cəbhə almaq və bu məqsədlə Kazan, Kırım,Türküstan, Dağıstan və Şimali Qafqaz xalqları ilə birlikdə azadlıq mübarizəsi aparmaq qərara alınmışdır.xa0 [9.s.231] Bu məqsədləxa0 həmin ilin aprel ayında Peterburqda Rəşid Əfəndi İbrahimovun evində toplanan Azərbaycan və Tatarxa0 ziyalılarından Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Alim Əfəndi Maksud, Binyəmin Əfəndi Ədhəm, İsmayıl bəy Qaspralı "İttifaqi-Müslimin" (Ümumrusiya Müsəlmanlar İttifaqı) adlı bir təşkilatın yaradılmasına qərar vermişlər.xa0
xa0
6. Rusiya Müsəlmanlarının I qurultayı
Ardı var...
Yasmən Qaraqoyunluxa0
AMEA Fəlsəfə İnstitutu






































































































