Tbilisi biletləri ilə bağlı detallar açıqlandı - Nələr daxildir? - Fotolar
“Bakı–Tbilisi–Bakı marşrutu üzrə ADY-nin yataq tipli vaqonlardan ibarət müasir qatarları hərəkət edəcək”.
Marşrut üzrə qatarlarda sərnişinlərə komfort, komfort+ və lüks olmaqla üç sinif üzrə xidmət göstəriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.
Qatar 1 ədəd “Lüks” sinif, 1 ədəd qarışıq “Lüks” və “Komfort+” sinif, 3 ədəd “Komfort” sinif və 1 ədəd vaqon-restoran olmaqla 6 vaqondan ibarətdir və ümumi sərnişin tutumu 118 nəfər təşkil edir. “Komfort” sinif üzrə ...