Qəbələdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı – FOTO

Qəbələdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı – FOTO

Hazırda oxunan: Qəbələdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı – FOTO
614477
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənaye və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində tədbirləri davam etdirir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, agentliyin müfəttişləri tərəfindən Qəbələ rayonunun Zarağan qəsəbəsində fərdi sahibkar Sərdar Mehdiyevə məxsus maye qazdoldurma məntəqəsində planlı yoxlama aparılıb.

Yoxlama zamanı insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək bir sıra pozuntular aşkarlanıb.

Müəyyən olunub ki, məntəqədə istismar olunan iki ədəd maye qaz çəninin daxili baxışı və hidravlik sınağı keçirilməyib. Bundan əlavə, çənlər üzərində quraşdırılmış qoruyucu klapanlar, avtoçəndən maye qazın stasionar tutumlara boşaldılması və balonların doldurulması zamanı istifadə olunan rezin-parça qollar, eləcə də digər avadanlıqlar dövri yoxlamadan keçirilməyib.

Həmçinin maye qazdoldurma məntəqəsinin bina və avadanlıqlarının torpaqlama müqavimətinin ölçülmədiyi də müəyyən edilib.

Aşkarlanmış nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı və insan həyatı üçün təhlükə yaratdığı nəzərə alınaraq, agentliyin əməkdaşları tərəfindən məntəqənin fəaliyyəti dayandırılıb.

Pozuntuların aradan qaldırılması ilə bağlı tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

Qəbələdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı – FOTO - foto 1
Qəbələdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı – FOTO - foto 2
Qəbələdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı – FOTO - foto 3

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO