Zaqatalanın bəzi əraziləri susuz qalıb - FOTO

Zaqatalanın bəzi əraziləri susuz qalıb - FOTO

Hazırda oxunan: Zaqatalanın bəzi əraziləri susuz qalıb - FOTO

614516

Zaqatala rayonunun Qazangül ərazisində, Şimal qərb massivində və Sahil küçəsində su təchizatı müvəqqəti dayandırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi (SMSİİ) məlumat yayıb.

Bildirilib ki, su təchizatının dayandırılması Zaqatala şəhəri, Sahil küçəsində su xəttində baş vermiş qəzanın təmir edilməsi ilə əlaqədardır.

Qeyd olunan ərazilərə suyun verilməsi borunun qəzalı hissəsinin təmir edilməsindən dərhal sonra gün ərzində təmin ediləcəkdir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO