WUF13-ün 5-ci günü: Hansı məsələlər müzakirə ediləcək?

WUF13-ün 5-ci günü: Hansı məsələlər müzakirə ediləcək?

Hazırda oxunan: WUF13-ün 5-ci günü: Hansı məsələlər müzakirə ediləcək?

614479

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) beşinci günü öz işinə başlayıb.

Bizim.Media xəbər verir ki, forum BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilir.

Forumun beşinci gününün proqramının əsas mövzularını şəhərsalma, mənzil siyasəti, urban dayanıqlılıq və sosial inkişaf məsələləri təşkil edir.

Tədbirlər çərçivəsində böhran sonrası bərpa və yenidənqurma üçün mənzil siyasəti, mənzil maliyyələşdirilməsi, inklüziv şəhər dayanıqlılığı, davamlı turizm, əlçatan və münasib mənzil məsələləri ilə bağlı müzakirələr aparılır.

Qeyd edək ki, Bakıda keçirilən WUF13-də 182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçib.

Forum mayın 22-dək davam edəcək.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO