Bella Hadid Kann kinofestivalında Fələstinə belə dəstək VERDİ – FOTO

Bella Hadid Kann kinofestivalında Fələstinə belə dəstək VERDİ – FOTO

Hazırda oxunan: Bella Hadid Kann kinofestivalında Fələstinə belə dəstək VERDİ – FOTO
614530
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mənşəcə Fələstindən olan 29 yaşlı amerikalı supermodel Bella Hadid 79-cu Kann Kinofestivalının qırmızı xalçasında diqqətçəkən siyasi bəyanatla çıxış edib.

Bizim.Media xəbər verir ki, model tədbirə Fələstin xəritəsi formasında hazırlanmış gümüş kulonla qatılıb.

Uzaqdan adi bir açarı xatırladan bu bəzək əşyasına yaxından baxdıqda ölkənin xarakterik xəritə silueti aydın şəkildə seçilib. Qeyd edək ki, açar ("miftah") Fələstin mədəniyyətinin ən mühüm simvollarından biridir.

O, 1948-ci il Nəkbə (Böyük Fəlakət) hadisələri zamanı itirilmiş evləri və fələstinlilərin öz torpaqlarına "geri qayıtmaq hüququnu" təmsil edir.

Bu, məşhur modelin ardıcıl olaraq 10-cu ildir ki, Kanna gəlişidir. B.Hadid karyerası boyunca qlobal platformalardan Fələstinə dəstək nümayiş etdirmək üçün fəal şəkildə istifadə edir. Belə ki, o, 2024-cü il festivalında kəfiyyə (ənənəvi fələstin şalı) naxışlı libasda görünmüşdü, Fələstin xəritəsi formalı broş isə artıq uzun müddətdir ki, onun vizit kartına çevrilib.

Bella Hadid Kann kinofestivalında Fələstinə belə dəstək VERDİ – FOTO - foto 1
Bella Hadid Kann kinofestivalında Fələstinə belə dəstək VERDİ – FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO