Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) münasibətilə şəhərə gələn qonaqlar və sakinlər üçün yarmarka təşkil edilib.
Bizim.Media xəbər verir ki, bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.
"Şəhərsalma yarmarkası" çərçivəsində 20–22 may tarixlərində paytaxtın üç məkanında - İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu, Dənizkənarı Milli Park ərazisindəki Saat Qülləsi yaxınlığında və "Deniz Mall" ətrafında müxtəlif rəngarəng proqramlar təşkil olunur.
Hər gün saat 13:00-dan etibarən fəaliyyətə başlayan yarmarka köşkləri vasitəsilə Azərbaycan şirkətləri tərəfindən müxtəlif məhsulların satışı həyata keçirilir.
Dənizkənarı Milli Park ərazisindəki yarmarka saat 21:00-a qədər davam edəcək.








Bizim.Media






































































































