Xankəndi 30 illik işğaldan sonra tədricən canlanır: 3 avtobus marşrutu fəaliyyətə başladı - VİDEO
Xankəndi şəhəri 30 illik erməni işğalından sonra tədricən normal həyatına qayıdır.
Bizim.Media xəbər verir ki, şəhərdə ictimai nəqliyyatın fəaliyyəti də bərpa olunur.
Məlumata görə, Xankəndidə artıq 3 avtobus marşrutu fəaliyyətə başlayıb. Bu marşrutlar şəhər daxilində sakinlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi daşıyır.
İctimai nəqliyyatın işə salınması Xankəndidə sosial həyatın bərpası istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirilir.
Qeyd edək ki, şəhərdə infrastrukturun yenilənməsi, kommunal xidmətlərin bərpası, yaşayış məntəqələrinin abadlaşdırılması və digər sahələr üzrə işlər davam etdirilir.
Xankəndidə avtobus marşrutları...