Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında – FOTO
Avqustun 26-da Bakıda Bilgəh incəsənət məktəbinin açılışı olub.
Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva açılışda iştirak ediblər.
Mədəniyyət naziri Adil Kərimli incəsənət məktəbində görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, Bilgəh incəsənət məktəbi Bilgəh qəsəbə Mədəniyyət Evi, 27 nömrəli uşaq musiqi məktəbi və Sabunçu rayon mərkəzləşdirilmiş kitabxana sisteminin 10 nömrəli kitabxana filialının fəaliyyətlərinin optimallaşdırılması nəticəsində yaradılıb.
Qeyd edək ki, Bilgəh qəsəbə Mədəniyyət Evinin inzibati binası 1987-ci ildə inşa olunduğundan ö...