58 yaşlı tələbə Elbrus Hüseynov:

58 yaşlı tələbə Elbrus Hüseynov: "Məni ən çox sevindirən nəvələrimin təbriki oldu"

Hazırda oxunan: 58 yaşlı tələbə Elbrus Hüseynov: "Məni ən çox sevindirən nəvələrimin təbriki oldu"
633127
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu il ali təhsil müəssisəsinə qəbul olan ən yaşlı tələbə Elbrus Hüseynov onu ən çox sevindirən anın nəvələrinin təbriki olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, "Report.az"a açıqlama verən 58 yaşlı E.Hüseynov subbakalavr (kollec məzunu) kimi Azərbaycan Memarlıq və İnşaat Universitetinin Kommunikasiya sistemləri mühəndisliyinə qəbul olunduğunu qeyd edib.

İki il əvvəl mühəndislik ixtisası üzrə kolleci bitirən Elbrus Hüseynov bu il uşaqlıq arzusunu yerinə yetirərək universitetə sənəd verib:

"Uşaqlıq arzum idi ki, ali təhsil də alım. Şükür Allaha arzum çin oldu və tələbə adını qazandım. Çəkilən zəhmət yerdə qalmır, əziyyət çəkmək lazımdır".

O əlavə edib ki, Bakıda mühəndis işləyib və artıq ərizəsini yazaraq işdən çıxıb.

"Ailəm imtahan nəticələrini biləndə çox sevindi. Bir oğlum, 3 nəvəm var. Məni ən çox sevindirən an nəvələrimin təbriki oldu. Oğlum da ali təhsillidir. Hər zaman mənə dəstək olacaqlarını bildirirdilər. Universiteti bitirdikdən sonra işimi davam etdirməyi düşünürəm", - bu ilin ən yaşlı tələbəsi statusunu qazanan E.Hüseynov əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO