"Qeysəriyyə dedilər, həkim razı olmadı" – Buzovnadakı uşaq ölümünün təfərrüatı - VİDEO

"Qeysəriyyə dedilər, həkim razı olmadı" – Buzovnadakı uşaq ölümünün təfərrüatı - VİDEO

Hazırda oxunan: "Qeysəriyyə dedilər, həkim razı olmadı" – Buzovnadakı uşaq ölümünün təfərrüatı - VİDEO

633082

Hamilə qadının övladı ölü doğulub, yaxınları həkimi ittiham edirlər...

Bizim.Media “xezerxeber.az”a istinadla xəbər verir ki, ikinci övladının dünyaya gəlməsini gözləyən qadın doğuş üçün xəstəxanaya aparılsa da, balasını qucağına ala bilməyib.

Faciəvi hadisə Xəzər rayonu Buzovna qəsəbəsinin sakini Səadət Musaibovanın başına gəlib.

O, doğum üçün xəstəxanaya vaxtında çatdırılsa da, övladı ölü doğulub. Valideynləri bu məsələdə həkim səhlənkarlığının olduğunu iddia edirlər:
 

Səadətin anası İradə Rəhimovanın sözlərinə, görə qızının son ultrasəs müayinəsi zamanı ona qeysəriyyə əməliyyatı tövsiyə edilsə də, 26 saylı birləşmiş şəhər xəstəxanasında həkim Rəna Həsənova bunu məsləhət bilməyib.


Anasının dediyinə görə, elə həmin axşam saat 8-ə 15 dəqiqə işləmiş Səadət Musaibovanı əməliyyat etsələr də, uşağı xilas etmək mümkün olmayıb. Səadət Musaibovanın ailəsinə uşağın ölü doğulduğu deyilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO