Ermənistan MN-dən hərbçinin ölümü ilə bağlı açıqlama: “Orduya aidiyyatı yoxdur”

Ermənistan MN-dən hərbçinin ölümü ilə bağlı açıqlama: “Orduya aidiyyatı yoxdur”

Hazırda oxunan: Ermənistan MN-dən hərbçinin ölümü ilə bağlı açıqlama: “Orduya aidiyyatı yoxdur”

633048

Orduda ölüm halı qeydə alınmayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan yazıb.

"Yayılan məlumatlarla bağlı bildiririk ki, qeyd olunan hadisə mərhumun yaşadığı yerdə, konkret olaraq heyvandarlıq fermasında baş verib.

Mərhum həmin vaxt xidmətdə olmayıb; hadisənin xidmətlə heç bir əlaqəsi yoxdur və orduda baş vermiş hadisə kimi xarakterizə edilə bilməz.
 

Son günlər mətbuatda dərc olunan yazılar qoşunların mənəvi-psixoloji vəziyyətinə olduqca mənfi təsir göstərir, buna görə də ordunu hədəf almaqdan çəkinməyi və hərbi qulluqçular, onların valideynləri və yaxınları arasında lazımsız gərginliyə səbəb olan bu növ davranışlardan qaçmağı tələb edirik", — deyə Ermənistan Müdafiə Nazirliyinin rəsmisi bildirib.


Xatırladaq ki, "ArmLur.am"ın eksklüziv məlumatına görə, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu evində asılmış vəziyyətdə tapılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO