Nələrə düşünmədən reaksiya veririk? – Beyinin şüurdan əvvəl verdiyi ani qərarlar

Nələrə düşünmədən reaksiya veririk? – Beyinin şüurdan əvvəl verdiyi ani qərarlar

Hazırda oxunan: Nələrə düşünmədən reaksiya veririk? – Beyinin şüurdan əvvəl verdiyi ani qərarlar

633109

İnsan beynində bəzi reaksiyalar şüurlu düşüncədən əvvəl avtomatik olaraq baş verir. Məsələn, gözə qəfil parlaq işıq düşəndə bəbəklərin daralması, isti səthə toxunanda əli dərhal çəkmək, qəfil yüksək səs eşidəndə diksinmək, təhlükə zamanı ürək döyüntüsünün və diqqətin sürətlə artması, tanış bir üz, səs və ya qoxunun avtomatik olaraq emosional reaksiya yaratması. Bu sadalananlar doğuşdan gələn reflekslərdir.

Bir də var qazanılmış reflekslər.

Bəzən toplumda bu reaksiyalar hədəfə alınır, gülüş doğurur, müzakirəyə çıxarılır, amma bilmək lazımdır ki, bunlar insanın iradəsindən kənar baş verir. Xüsusilə də yemək və gözəllik. Beyin bu iki “nemət”ə xüsusi olaraq kodlaşdırılıb.

Maraqlıdır ki, yemək və gözəllik beynin mükafat sistemi üçün çox güclü siqnallardır. İnsan reflektiv olaraq düşünür ki, bunlara layiqdir.
 

Yemək – Beyin qidanı həyatda qalmaq üçün vacib resurs kimi qəbul edir. Yeməyin qoxusu, görünüşü və dadı hipotalamus, amigdala və dopaminlə əlaqəli mükafat sistemini aktivləşdirə bilər. Buna görə ac olmasaq belə, ləzzətli yeməyi görəndə və ya qoxulayanda dərhal istək yarana bilər.


Gözəllik – İnsan beyni müəyyən vizual xüsusiyyətləri — məsələn, düzgün simmetriya, sağlamlıq göstəricilərini çox sürətlə emal edir. Bunun bir hissəsi bioloji təkamüllə, bir hissəsi isə öyrənilmiş mədəni və şəxsi zövqlərlə bağlıdır. Gözəl hesab etdiyimiz bir şeyi görəndə mükafat və emosional emal sistemləri aktivləşə bilər. Əsas məsələ budur ki, insan bəzən “mən bunu niyə bəyəndim?” sualını özünə verdikdən əvvəl beyin artıq ona reaksiya göstərmiş olur.

Bəs niyə bu qədər sürətlidir?

Gözlərdən gələn informasiya vizual korteksə çatır və üzün forması, simmetriyası, gözlər, dəri tonu və s. kimi xüsusiyyətlər sürətlə analiz olunur. Cəlbedici hesab etdiyimiz üz və ya başqa vizual xüsusiyyətlər beynin mükafat sistemində aktivlik yaradır, dopamin işə düşür, onun ifrazından sonra beyin “bəyəndim” deyə razılıq verir.
 

Beyinin dərhal reaksiya verdiyi bir qəribə məqam da var. Bu, yad baxışı hətta gözüyumulu, yaxud kürəyimizin arxasında belə hiss etməkdir. Sual oluna bilər ki, küçəylə gedərkən kürəyimizə hamı baxa bilər. Söhbət konkret izləmə və ya nifrət baxışlarından gedir. Buna elmdə periferik görmə deyilir.


İnsan bunu şüurlu şəkildə fərq etməsə də, yan tərəfdən gələn çox zəif hərəkət və ya işıq dəyişikliklərini qəbul edə bilər. Ən kiçik, fərqli dəyişikliklər beyinə məlumat kimi ötürülür. Beyin daim “ətrafımda nə baş verir?” sualına cavab təxmin edir. İnsan beyni sosial və potensial təhlükə siqnallarına xüsusilə həssasdır.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO