İsveçrədə ABŞ və İran arasında yüksək səviyyəli danışıqlar başladı - FOTO - VİDEO
Qətər Dövləti rəsmi Vaşinqton və Tehran arasında diplomatik münasibətlərin tənzimlənməsi istiqamətində yeni mərhələnin başladığını elan edib. İsveçrədə ABŞ, İran və vasitəçi ölkələrin nümayəndələrinin iştirakı ilə yüksək səviyyəli komitənin ilk rəsmi iclası keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi Qətər Xarici İşlər Nazirliyinə istinadən yayıb.
Qətər XİN-in bəyanatında bildirilir:
"Qətər Dövləti vasitəçi tərəf olaraq, Amerika Birləşmiş Ştatları, İran İslam Respublikası və iki vasitəçi ölkə — Qətər və Pakistan İslam Respublikasının nümayəndələrinin iştirakı ilə sammitin işə başladığını elan edir".
Rəsmi Doha ümidvar olduğunu bildiri...