Hörmüz boğazı bağlı qalır: SEPAH gəmilərin keçidinə icazə vermir

Hörmüz boğazı bağlı qalır: SEPAH gəmilərin keçidinə icazə vermir

Hazırda oxunan: Hörmüz boğazı bağlı qalır: SEPAH gəmilərin keçidinə icazə vermir

620588

İranın strateji əhəmiyyətli Hörmüz boğazındakı dəniz nəzarəti və tranzit qadağası qüvvədə saxlanılır. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri növbəti bildirişə qədər xarici və kommersiya gəmilərinin boğazdan keçidinə icazə verməyəcəyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı İranın "Fars" xəbər agentliyi hərbi mənbələrə istinadən yayıb.

Məlumata görə, SEPAH-ın bu addımı İsveçrənin Bürgenştok kurortunda ABŞ və İran arasında regional sülh bəndləri üzrə imzalanan memorandumdan sonra İsrailin Livanın cənubuna zərbələrini davam etdirməsi və regionda hərbi hazırlıq səviyyəsinin yüksəldilməsi fonunda atılıb.

Rəsmi Tehran dəniz marşrutunun təhlükəsizliyini təmin etmək və potensial təxribatların qarşısını almaq məqsədilə boğazı tam nəzarətə götürdüyünü bəyan edib.

Xatırladaq ki, qlobal neft nəqlinin təxminən beşdə birinin reallaşdığı Hörmüz boğazının qapadılması dünya enerji bazarlarında qiymət artımı riskini və logistik gərginliyi ciddi şəkildə artırır.

ABŞ tərəfi (Ceyms Devid Vens) regional eskalasiyanın dayandırılması və dəniz marşrutlarının sabitliyinin bərpası üçün diplomatik təmasları davam etdirdiklərini bildirsə də, boğazın nə vaxt açılacağı hələlik məlum deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO