ABŞ prezidenti Donald Trampın qızı, 44 yaşlı İvanka Tramp sosial şəbəkədə paylaşdığı yeni fotoları ilə ideal fiziki formasını nümayiş etdirib. Böyük siyasətdən uzaqlaşan eks-müşavirin hazırda daha sakit və lüks həyat tərzinin dadını çıxardığı görünür.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, İvanka Tramp özünün "Instagram" hesabında yeni fotoməcmuəsini paylaşıb.
Fotolardan birində palma ağacına söykənərək poza verən İvanka qara rəngli bikini və onun üzərindən geyindiyi tünd göy rəngli, torlu krop-top və şəffaf şalvarı ilə ideal qarın əzələlərini gözlər önünə sərib. Onun digər diqqətçəkən fotosu isə ötən ay Baham adalarında (Eksuma-Keys arxipelaqı) qardaşı Kiçik Donald Tramp və Bettinanın toyu zamanı lentə alınıb. Üç uşaq anası olan İvankanın "Donde Esteban" brendinə məxsus 695 dollarlıq ipək mini donu onun fit bədən quruluşunu vurğulayıb.
Paylaşılan fotolar arasında İvanka Trampın həyat yoldaşı Cared Kuşnerdən olan oğulları — 12 yaşlı Cozef və 10 yaşlı Teodorun, həmçinin evdə bişirdiyi çörəyin görüntüləri də yer alıb.
Məcmuədə ən çox diqqət çəkən şəkillərdən biri isə İvankanın yenicə 80 illik yubileyini qeyd edən atası, ABŞ Prezidenti Donald Tramp və onun 14 yaşlı nəvəsi Arabella ilə birlikdə çəkilmiş səmimi fotosu olub.




Bizim.Media





































































































