Livanda sülh olmadan İran ABŞ ilə növbəti mərhələyə keçməyəcək

Livanda sülh olmadan İran ABŞ ilə növbəti mərhələyə keçməyəcək

Hazırda oxunan: Livanda sülh olmadan İran ABŞ ilə növbəti mərhələyə keçməyəcək

620606

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqai rəsmi Tehranın ABŞ ilə diplomatik təmaslarının davam etdirilməsi üçün irəli sürdüyü əsas şərti açıqlayıb.

O bəyan edib ki, Livan cəhbəsində tam və qəti atəşkəs əldə olunmayana qədər İran tərəfi Vaşinqtonla danışıqların növbəti mərhələsinə başlamayacaq.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı İranın dövlət xəbər agentlikləri yayıb.

XİN rəsmisi İsveçrədə imzalanmış son qarşılıqlı anlaşma memorandumundan sonrakı diplomatik fəaliyyətlərə toxunaraq regional sabitliyin Tehran üçün prioritet olduğunu vurğulayıb:

"Biz öz mövqeyimizi birmənalı şəkildə ifadə etmişik. Livan torpaqlarında qan tökülməsi dayandırılmadan, İsrailin hücumlarına son qoyulmadan və orada tam atəşkəs (peremirye) təmin edilmədən ABŞ ilə hər hansı yeni danışıqlar raundundan və ya sazişin növbəti bəndlərinin icrasından söhbət gedə bilməz", — deyə Baqai qeyd edib.
 

Xatırladaq ki, bir qədər əvvəl Qahirədə bir araya gələn Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misir XİN rəhbərləri də Hörmüz boğazındakı dəniz böhranının və regional gərginliyin azaldılması üçün Livan cəbhəsində sülhün bərqərar olunmasının vacibliyini bəyan etmişdilər.


İran tərəfinin bu son açıqlaması, Hörmüz boğazının bağlı qalması və ABŞ ilə münasibətlərin gələcək taleyinin birbaşa Livandakı hərbi-siyasi vəziyyətdən asılı olacağını nümayiş etdirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO