Kriştiano Ronaldonun sevgilisi bu jurnalın üz qabığında - FOTO

Kriştiano Ronaldonun sevgilisi bu jurnalın üz qabığında - FOTO

Hazırda oxunan: Kriştiano Ronaldonun sevgilisi bu jurnalın üz qabığında - FOTO

620538

Əfsanəvi futbolçu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriges İspaniyanın məşhur "Harper’s Bazaar Spain" jurnalının üz qabığını bəzəyib. 32 yaşlı model növbəti dəfə özünün qüsursuz bədən quruluşunu nümayiş etdirib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Rodriges İtaliyanın məşhur "Calzedonia" brendinin İspaniyadakı yeni rəsmi səfiri (ambassadoru) elan edilib.

Bu əməkdaşlıq şərəfinə lüks yaxtanın göyərtəsində gerçəkləşən xüsusi fotosessiyada model bir-birindən iddialı çimərlik geyimləri ilə kamera qarşısına keçib.

Jurnala verdiyi müsahibədə Corcina özünün müasir tərzinin brendin fəlsəfəsi ilə tam üst-üstə düşdüyünü qeyd edib:

"Mənim üçün dəniz azadlığın, enerjinin və qadınlığın təcəssümüdür".

Yeni fotosessiyanın təqdimatı modelin sevgilisi Kriştiano Ronaldonun növbəti tarixi uğuru ilə eyni vaxta təsadüf edib.

Portuqaliyalı ulduz futbol tarixində rekord vuraraq artıq altıncı dəfə dünya çempionatında (DÇ-2026) iştirak edir.

Lakin turnirin startı Portuqaliya millisi üçün heyrətamiz dərəcədə çətin keçib. Qrup mərhələsinin ilk oyununda komanda gözlənilmədən Konqo Demokratik Respublikası yığması ilə bərabərə qalıb (1:1) və turnirə xal itkisi ilə başlayıb.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO