Mingəçevirdə avtomobil işıq dirəyinə çırpıldı - 2 nəfər xəsarət aldı

Mingəçevirdə avtomobil işıq dirəyinə çırpıldı - 2 nəfər xəsarət aldı

Hazırda oxunan: Mingəçevirdə avtomobil işıq dirəyinə çırpıldı - 2 nəfər xəsarət aldı

620566

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, qəza şəhərin M.Maqomayev və 20 Yanvar küçələrinin kəsişməsində yerləşən yol dairəsinin yaxınlığında qeydə alınıb.

İlkin məlumata əsasən, qadın sürücünün idarə etdiyi “Hyundai” markalı minik avtomobili idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb. Güclü zərbə nəticəsində işıq dirəyi aşıb.

Hadisə zamanı müxtəlif bədən xəsarətləri alan 32 yaşlı Aysel Ağayeva və 37 yaşlı Mərziyə Mustafayeva təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır. (Trend.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO