Ukrayna ordusunun gecə saatlarında Kerç və "Qafqaz" limanlarına təşkil etdiyi kütləvi PUA hücumları və infrastrukturun ciddi ziyan görməsi nəticəsində Kerç bərə keçidi vasitəsilə həyata keçirilən dəniz daşımaları müvəqqəti olaraq tamamilə dayandırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə bəyanatla Rusiyanın Krasnodar diyarı (Kuban) üzrə Operativ Qərargahı çıxış edib.
Qərargahın rəsmi açıqlamasında bərə xidmətinin qeyri-müəyyən müddətə fəaliyyət göstərməyəcəyi vurğulanıb və yük avtomobillərinin hərəkəti üçün xüsusi xəbərdarlıq edilib:
"Böyük tutumlu və ağırçəkili nəqliyyat vasitələrinin (yük maşınlarının) Krım körpüsü ilə hərəkətinə qəti qadağa qoyulduğunu nəzərə alaraq, sürücülər yarımadaya gediş-gəliş üçün alternativ quru marşrutundan istifadə etməlidirlər", — deyə bəyanatda bildirilir.
Rəsmi qurumlar sürücülərə Rusiya daxilindən Krım yarımadasına və geriyə hərəkət etmək üçün aşağıdakı yaşayış məntəqələrindən keçən R-280 federal magistral avtomobil yolunu (alternativ quru dəhlizi) seçməyi tövsiyə edir:
Rostov-na-Donu, Taqanroq, Mariupol, Melitopol, Simferopol.
Xatırladaq ki, ötən gecə baş verən güclü yanğınlar və dağıntılar səbəbindən limanların logistik imkanları iflic olub, Krım yarımadasında isə ciddi enerji məhdudiyyətləri tətbiq edilərək sakinlərdən kondisionerləri söndürmək xahiş olunub. Nəqliyyat nazirliyi bərə keçidinin nə vaxt bərpa olunacağı barədə hələlik dəqiq vaxt açıqlamır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:17 / 21.06.2026
Kerç bərə keçidinin fəaliyyəti tamamilə dayandırıldı - Ukrayrna PUA-sının FƏSADLARI
Hazırda oxunan: Kerç bərə keçidinin fəaliyyəti tamamilə dayandırıldı - Ukrayrna PUA-sının FƏSADLARI
Hazırda oxunan: Kerç bərə keçidinin fəaliyyəti tamamilə dayandırıldı - Ukrayrna PUA-sının FƏSADLARI
620614
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































