"Al Jazeera"nın fotoqrafı HƏMAS döyüşçüsü çıxdı: İsrail ordusu snayperi məhv etdi

"Al Jazeera"nın fotoqrafı HƏMAS döyüşçüsü çıxdı: İsrail ordusu snayperi məhv etdi

Hazırda oxunan: "Al Jazeera"nın fotoqrafı HƏMAS döyüşçüsü çıxdı: İsrail ordusu snayperi məhv etdi

620597

İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza sektorunun mərkəzi hissəsində keçirdiyi əməliyyat zamanı HƏMAS-ın hərbi qanadının üzvü olan və eyni zamanda Qətərin "Al Jazeera" telekanalında fotoqraf kimi fəaliyyət göstərən Əhməd Samir Məhəmməd Vaşahı zərərsizləşdirib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı İsrail ordusunun mətbuat xidməti yayıb.

Hərbi idarənin bəyanatında qeyd olunur ki, Əhməd Vaşah HƏMAS sıralarında snayper kimi fəaliyyət göstərib və son vaxtlar Qəzza sektorunda İsrail hərbçilərinə qarşı snayper hücumlarının və digər terror fəaliyyətlərinin koordinasiyası ilə məşğul olub.

O, Bureyc qaçqın düşərgəsində hədəf alınan sığınacaqda daha iki HƏMAS döyüşçüsü ilə birlikdə məhv edilib.

Kəşfiyyat məlumatlarına görə, Əhməd Vaşah bu fəaliyyətləri öz qardaşı Məhəmməd Samir Məhəmməd Vaşah ilə birlikdə icra edib.

Məhəmməd Vaşah HƏMAS-ın raket və digər silah-sursat istehsalı üzrə baş qərargahının mühüm fiqurlarından biri olub.

O da qardaşı kimi uzun müddət "Al Jazeera" telekanalının jurnalisti adı altında fəaliyyət göstərib və cari ilin aprel ayında İsrail ordusunun zərbəsi nəticəsində öldürülüb.

İsrail tərəfi bəyan edib ki, HƏMAS üzvləri jurnalist statusundan təhlükəsizlik qüvvələrinə qarşı əməliyyatları daha rahat idarə etmək üçün bir növ "qalxan" və kamuflyaj vasitəsi kimi istifadə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO