Bakıda temperatur 40 dərəcəyə çatıb – İyun ayının STATİSTİKASI
Ötən ay Azərbaycanda maksimal temperatur 40 dərəcə olmaqla iyunun 20-də Culfada qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.
Onun sözlərinə görə, bu ilin iyun ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 21 gün normadan yuxarı (1–7 dərəcə), 9 gün normadan aşağı (0–2 dərəcə) olub:
"Orta aylıq temperatur 24 dərəcə isti olub və bu da iqlim normasından 1 dərəcə yuxarıdır. Bakı və Abşeron yarımadasında iyun ayında maksimal temperatur iyunun 19-da 37 dərəcə isti (Sumqayıt), bölgələrdə isə (Culfa) 40 dərəcə isti qeydə alınıb. Havanın minimal temperaturu Bakı və Abşero...