Hikmət Hacıyev: Birinci Qarabağ müharibəsindən bəri 4009 Azərbaycan vətəndaşı itkindir – FOTO
Birinci Qarabağ müharibəsindən 30 ildən artıq vaxt keçməsinə baxmayaraq, 4 009 Azərbaycan vətəndaşı hələ də itkin düşmüş şəxs kimi qeydiyyatdadır.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial media hesabında yazıb.
Onun sözlərinə görə, itkin düşmüş şəxslər məsələsi Ermənistan-Azərbaycan münaqişəsinin nəticəsində ən ağrılı humanitar problemlərdən biri olaraq qalır.
"Birinci Qarabağ müharibəsindən otuz ildən çox vaxt keçməsinə baxmayaraq, 4 009 Azərbaycan vətəndaşı hələ də itkin düşmüş kimi qeydiyyatda qalır. Minlərlə ailə qeyri-müəyyənlik içində ya...