Kiyevdə Azərbaycan və Ukrayna XİN başçıları arasında geniş tərkibdə görüş – FOTO
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri çərçivəsində Ukraynanın xarici işlər naziri Andriy Sibiha ilə geniş tərkibdə görüşü keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşılıb.
Bildirilib ki, nazirlər Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfərindən sonra dövlət başçıları arasında əldə olunmuş razılaşmaların icra vəziyyətini nəzərdən keçiriblər.
Görüşdə Azərbaycan-Ukrayna strateji tərəfdaşlığı, ticarət, enerji, investisiya, nəqliyyat, humanitar və çoxtərəfli əməkdaşlıq, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
...