Hörmüzdə gəmilər üçün yeni marşrut: İran və Oman rəsmiləri razılığa gəldilər

Hörmüzdə gəmilər üçün yeni marşrut: İran və Oman rəsmiləri razılığa gəldilər

Hazırda oxunan: Hörmüzdə gəmilər üçün yeni marşrut: İran və Oman rəsmiləri razılığa gəldilər

629661

Tehran və Maskat Hörmüz boğazında gəmi səfərlərinin bərpasına dair sazişin əsas şərtləri üzrə ortaq məxrəcə gəliblər.

Bizim.Media xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Al Arabiya" telekanalı məlumat yayıb.

Müqavilənin yaxın günlərdə elan ediləcəyi gözlənilir, lakin o, hələ İranın Ali Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməlidir. Təklif edilən razılaşma 60 gün müddətinə nəzərdə tutulub və mövcud böhrandan çıxış yolu tapmaq, eləcə də texniki danışıqlara başlamaq məqsədi daşıyır.
 

Telekanalın mənbəsi qeyd edib ki, bu təşəbbüs çərçivəsində gəmilərdən hər hansı tranzit rüsumunun alınması nəzərdə tutulmur. Plana əsasən, boğaza daxil olan gəmilər İrana daha yaxın olan dəhlizdən, çıxan gəmilər isə Oman tərəfindəki marşrutdan istifadə edəcəklər.


Minalardan təmizləmə və lazımi texniki prosedurların həyata keçirilməsinə bölgə ölkələrinin də cəlb olunacağı gözlənilir. Saziş təsdiqləndikdən sonra tərəflər qarşılıqlı anlaşma memorandumuna qayıdaraq onun beşinci maddəsini tətbiq edəcəklər.

Telekanalın məlumatına görə, böhranın həlli istiqamətində İran və ABŞ arasında aparılan dolayı məsləhətləşmələr artıq yekun mərhələyə qədəm qoyub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO