Vaşinqtonda Azərbaycan və Ermənistanın sülh sazişini paraflamasından BİR İL ÖTÜR - FOTO
Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın tarixi əhəmiyyət daşıyan 2025-ci il 8 avqust görüşündən bir il ötür.
Bizim.Media xatırladır ki, həmin tarixdə üç ölkənin lideri Vaşinqton danışıqlarının nəticələrinə dair Birgə Bəyannaməyə imza atıb.
Sənəddə qeyd edilir ki, İlham Əliyev, Nikol Paşinyan və Donald Tramp "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in razılaşdırılmış mətninin tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanmasına şahidlik ediblər. Eyni zamanda Sazişin imzalanması və yekun ratifikasiyası üçün əlavə tə...