15 yaşlı uşağın mədəsindən çıxanlar həkimləri şoka saldı - FOTO

15 yaşlı uşağın mədəsindən çıxanlar həkimləri şoka saldı - FOTO

Hazırda oxunan: 15 yaşlı uşağın mədəsindən çıxanlar həkimləri şoka saldı - FOTO

629921

Türkiyədə 15 yaşlı uşağın mədəsindən nəhəng ölçüdə saç topası çıxarılıb.

Bizim.Media xəbər verir ki, hadisə İstanbulun Sancaktepe rayonundakı Şəhid Prof. Dr. İlhan Varank Təhsil və Araşdırma Xəstəxanasında baş verib.

Mədə narahatlığı şikayətləri ilə xəstəxanaya müraciət edən 15 yaşlı uşağın müayinələri zamanı mədəsində böyük kütlə aşkarlanıb. Həkimlər xəstəni təcili əməliyyata götürüblər.

Aparılan cərrahi müdaxilə nəticəsində uşağın mədəsindən böyük ölçüdə saç topası çıxarılıb. Tibbi müayinələrdən sonra uşağa nadir rast gəlinən “Rapunzel sindromu” diaqnozu qoyulub.

Əməliyyata rəhbərlik edən uşaq cərrahiyyəsi mütəxəssisi dosent Sefa Sağ bildirib ki, saç yolma və saç yemə vərdişləri vaxtında aşkarlanaraq müalicə edilmədikdə ciddi fəsadlara səbəb ola bilər.
 

Onun sözlərinə görə, mədədə toplanan saçlar həzm olunmadığı üçün zamanla sərtləşərək böyük kütləyə çevrilə bilər. Bu vəziyyət isə mədə və digər orqanlarda ciddi zədələnmələrə, hətta həyati təhlükəyə səbəb ola bilər.


Mütəxəssislər belə hallarda problemin yalnız cərrahi müdaxilə ilə həll edilməsinin kifayət etmədiyini, uşağın psixoloji vəziyyətinin də qiymətləndirilməsinin və zəruri hallarda psixiatrik dəstək göstərilməsinin vacibliyini vurğulayırlar.

Əməliyyatdan sonra müşahidə altında saxlanılan 15 yaşlı uşağın ümumi vəziyyətinin yaxşı olduğu və müalicəsinin stabil şəkildə davam etdiyi bildirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO