"Azərlotereya"nın "Poz-Qazan" oyunları iyulda 15,7 milyon manatdan çox uduş qazandırıb

"Azərlotereya"nın "Poz-Qazan" oyunları iyulda 15,7 milyon manatdan çox uduş qazandırıb

Hazırda oxunan: "Azərlotereya"nın "Poz-Qazan" oyunları iyulda 15,7 milyon manatdan çox uduş qazandırıb
629843
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın tirajlı lotereyaları və “Poz-Qazan” oyunları üzrə iyul ayında növbəti böyük uduşlar qeydə alınıb.

Belə ki, ötən ay tirajlı lotereyalar arasında ən böyük uduş “Super Keno” oyununda qazanılıb. Bakı şəhər sakini 10 uğurlu rəqəmlə 100 000 manatın sahibi olub.

“4+4” tirajlı lotereyasında isə Ümid Hüseynov 1 900 000 manatlıq cekpotu cəmi 1 rəqəmlə qaçırsa da, 15 986 manat qazanaraq şanslı qaliblər sırasına qoşulub.

İyul ayında “Poz-Qazan” oyunları üzrə ümumilikdə 3 milyon 290 mindən çox uduşlu bilet qeydə alınıb. Bu biletlər üzrə ödənilən ümumi uduş məbləği 15,7 milyon manatdan çox olub. Ayın bəxtəvərləri sırasında qiyməti 1 manat olan “Qızıl” lotereyası ilə 25 000 manat qazanan Rəvvaq Şaliyev, eləcə də qiyməti 2 manat olan “Uğurlu 7” lotereyası ilə 10 000 manat qazanan Vüqar Həsənov da yer alıb. Bundan əlavə, “4 Fəsil” oyunu üzrə iki nəfər hər biri 5 000 manat, “Qoşa” oyunu üzrə isə üç nəfər hər biri 4 000 manat uduş qazanıb.
 

“Azərlotereya”nın “4+4” tirajlı lotereyasında cekpot məbləği hazırda rekord həddə çataraq 1 900 000 manatı ötüb və öz şanslı sahibini gözləyir. Bununla yanaşı, müxtəlif “Poz-Qazan” oyunlarında da 500 000 manatadək böyük uduş qazanmaq imkanı var.


Biletləri Azərlotereya.com və Misli.az səhifələri, “Azərlotereya” satış nöqtələri, “Misli” məntəqələri, “Azərpoçt” şöbələri, “Araz” və OBA marketlər şəbəkəsi, eləcə də digər mağaza və köşklərdən əldə etmək mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO