Özündən 48 yaş gənc aktrisa ilə görüntüləndi, gündəm oldu- Fotolar

Özündən 48 yaş gənc aktrisa ilə görüntüləndi, gündəm oldu- Fotolar

Hazırda oxunan: Özündən 48 yaş gənc aktrisa ilə görüntüləndi, gündəm oldu- Fotolar

629826

Məşhur Hollivud aktyoru Riçard Gir yeni filmi üçün çəkiliş zamanı 28 yaşlı aktrisa Diana Silverslə romantik səhnələrdə kameralara tuş gəlib.

Bizim.Media xəbər verir ki, 76 yaşlı aktyor Nyu-Yorkda çəkilən “Asimmetriya” filminin hazırlıqları zamanı parkda Diana Silverslə əl-ələ gəzərkən, dondurma yeyərkən və səmimi anlar yaşayarkən görüntülənib.
 

Aktyorla gənc həmkarı arasındakı 48 yaş fərqi fotoların sosial şəbəkələrdə geniş müzakirə olunmasına səbəb olub. Lakin sonradan məlum olub ki, görüntülər real münasibəti deyil, yeni filmin çəkiliş prosesini əks etdirir.


Filmdə Riçard Gir yazıçı Ezra obrazını, Diana Silvers isə onun ədəbi köməkçisi Alisa rolunu canlandırır. “Asimmetriya” yazıçı Lisa Hallideyin eyniadlı bestseller romanı əsasında ekranlaşdırılır.

“Asimmetriya” romanının Nobel mükafatlı yazıçı Filip Rot ilə müəllif Lisa Hallidey arasındakı real həyat münasibətlərindən ilhamlandığı bildirilir. Əsər yayımlanmadan əvvəl də bu məqamla bağlı böyük maraq doğurmuşdu.

Riçard Gir hazırda 43 yaşlı ispan ictimaiyyətlə əlaqələr mütəxəssisi Alejandra Silva ilə evlidir. Cütlük 2018-ci ildə ailə qurub və iki övladı var.

Xarici mətbuatda Diana Silversin yaş baxımından Riçard Girin 26 yaşlı oğlu Homer Girə daha yaxın olduğu bildirilib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO