Laçında yanğın: Alov yaşayış evlərinə çatmadan söndürüldü - FOTO

Laçında yanğın: Alov yaşayış evlərinə çatmadan söndürüldü - FOTO

Hazırda oxunan: Laçında yanğın: Alov yaşayış evlərinə çatmadan söndürüldü - FOTO

629897

Laçın şəhərində yaşayış evlərinin yaxınlığında yanğın baş verib.

Bizim.Media xəbər verir ki, hadisə şəhərin Qorxmaz Eyvazov küçəsində quru ot və kol-kos olan ərazidə qeydə alınıb.

Məlumat daxil olduqdan dərhal sonra hadisə yerinə Laçın Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürmə avtomobili cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun yaşayış evlərinə keçməsinin və daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Nəticədə evlər yanğından mühafizə olunub.

Yanğın zamanı təxminən 200 kvadratmetr sahədə quru ot və kol-kos yanıb. Görülən tədbirlər nəticəsində yanğın tam söndürülüb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO