İrandan Səudiyyə Ərəbistanına xəbərdarlıq: “Başqalarından təhlükəsizlik dilənməyin”

İrandan Səudiyyə Ərəbistanına xəbərdarlıq: “Başqalarından təhlükəsizlik dilənməyin”

Hazırda oxunan: İrandan Səudiyyə Ərəbistanına xəbərdarlıq: “Başqalarından təhlükəsizlik dilənməyin”
629879
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rzayi Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan üçtərəfli müdafiə sazişini tənqid edib.

Bizim.Media xəbər verir ki, Rzayi "X" hesabında paylaşdığı açıqlamada bildirib ki, sözügedən razılaşma Səudiyyə Ərəbistanının müdafiəsini təmin etməyəcək.

"Səudiyyəlilər bilməlidirlər ki, Türkiyə və Pakistanla imzalanan kağız üzərindəki razılaşmalar onlara qorunma təminatı gətirməyəcək. Necə ki, uzun illər ABŞ-yə birtərəfli güzəştlər etmələri də onların təhlükəsizliyini təmin etmədi. Siyasətinizi dəyişin ki, başqalarından təhlükəsizlik dilənmək məcburiyyətində qalmayasınız", – deyə Rzayi yazıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO