Tovuzdakı qətlin TƏFƏRRÜATI: Bibisini odun parçası ilə öldürdü – FOTO

Tovuzdakı qətlin TƏFƏRRÜATI: Bibisini odun parçası ilə öldürdü – FOTO

Hazırda oxunan: Tovuzdakı qətlin TƏFƏRRÜATI: Bibisini odun parçası ilə öldürdü – FOTO

629834

Bu gün Tovuz rayonunun Əlimərdanlı kəndi ərazisində 1961-ci il təvəllüdlü Məhəbbət İsayevanın meyiti aşkar edilib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, ilkin araşdırmalarla 1997-ci il təvəllüdlü Ülvi İsayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odun parçası ilə xəsarətlər yetirərək bibisi M.İsayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Ü.İsayev şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.
 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO