Ramzan Kadırovun böyük oğlu "Respublika Qəhrəmanı" oldu

Ramzan Kadırovun böyük oğlu "Respublika Qəhrəmanı" oldu

Hazırda oxunan: Ramzan Kadırovun böyük oğlu "Respublika Qəhrəmanı" oldu
629917
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Çeçenistan Hökumətinin sədr müavini, həmçinin fiziki tərbiyə və idman naziri Axmat Kadırova "Çeçenistan Respublikasının Qəhrəmanı" ali adı verilib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı öz “Telegram” kanalında Çeçenistan Hökumətinin Baş naziri Maqomed Daudov paylaşıb.

"Əziz Çeçenistan Respublikası Hökumətinin sədr müavini – fiziki tərbiyə və idman naziri Axmat Ramzanoviç Kadırovu yüksək 'Noxçiyn Paçxlakxan qonax' (Çeçenistan Respublikasının Qəhrəmanı) adının verilməsi münasibətilə ürəkdən təbrik edirəm. Bu fəxri mükafat onun Çeçenistan Respublikası və xalqı qarşısındakı şəxsi xidmətlərinin, eləcə də fiziki tərbiyə və idmanın inkişafına verdiyi mühüm töhfənin layiqincə qiymətləndirilməsidir", - Daudov paylaşımında bildirib.

O qeyd edib ki, Axmat Kadırovun bilavasitə iştirakı ilə regionda idman infrastrukturunun təkmilləşdirilməsi, gənc istedadların dəstəklənməsi, yeni qələbələr üçün şəraitin yaradılması və sağlam həyat tərzinin populyarlaşdırılması istiqamətində geniş və sistemli işlər görülür.

"Onun peşəkarlığı, təşəbbüskarlığı və işə məsuliyyətli yanaşması sayəsində respublikada böyüyən nəslin tərbiyə edilməsinə, regionun idman potensialının gücləndirilməsinə və gələcək çempionların güclü komandasının formalaşdırılmasına yönəlmiş mühüm layihələr uğurla həyata keçirilir", – deyə Çeçenistan Hökumətinin sədri əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO