Türk dünyası ilə İslam aləminin kəsişməsində - Azərbaycanın təklif etdiyi YENİ BİRLİK MODELİ
Qlobal geosiyasi xaosun dərinləşdiyi, beynəlxalq hüquq normalarının faktiki olaraq işləmədiyi və regional münaqişələrin coğrafiyasının genişləndiyi hazırki mərhələdə Cənubi Qafqaz və Türk-İslam dünyası özünün yeni inkişaf və təhlükəsizlik modelini formalaşdırır. Bu modelin mərkəzində isə həm coğrafi, həm tarixi, həm də strateji baxımdan unikal mövqeyə malik Azərbaycan dayanır.
Ölkəmizin son günlərdə ev sahibliyi etdiyi beynəlxalq tədbirlər — Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı və böyük mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans yalnız dini-mənəvi mahiyyət daşımır. Bu platformalar, eyni zamanda, Şimali Qafqazdan Gürcüs...