Klinikada tibb təhsili olmayan şəxs "fizioterapevt" işləyirmiş - Altı min manat CƏRİMƏ

Klinikada tibb təhsili olmayan şəxs "fizioterapevt" işləyirmiş - Altı min manat CƏRİMƏ

Hazırda oxunan: Klinikada tibb təhsili olmayan şəxs "fizioterapevt" işləyirmiş - Altı min manat CƏRİMƏ

637050

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Səhiyyə Nazirliyinin tabeliyində olan "VEANAS" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid "Ecegen Med Klinika"da planlı (növbəti) yoxlama aparıb.

Bizim.Media "qaynarinfo.az"a istinadən xəbər verir ki, yoxlama zamanı aşkarlanan pozuntularla bağlı "Ecegen Med Klinika" barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 215.4-cü maddəsi (qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması) ilə protokol tərtib edilib.
 

2026-cı il tarixli planlı (növbəti) yoxlama aktına əsasən, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə - Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus klinikada yoxlama zamanı sertifikatsız, ali və ya orta ixtisas tibb təhsili olmayan masajçı Şahidin əmək müqaviləsi ilə "fizioterapevt" işi üzrə tibb fəaliyyəti (masaj prosedurları) həyata keçirdiyi faktı aşkar edilib.


Məhkəmənin qərarı ilə "Ecegen Med Klinika" İXM-in 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 6 000 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan "VEANAS" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Əhmədov Faxrəddin Mehdi oğludur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO