Paşinyan Rusiya hərbi bazası ilə bağlı mövqeyini açıqladı: “Məsələni biz qaldırmamışıq”

Paşinyan Rusiya hərbi bazası ilə bağlı mövqeyini açıqladı: “Məsələni biz qaldırmamışıq”

Hazırda oxunan: Paşinyan Rusiya hərbi bazası ilə bağlı mövqeyini açıqladı: “Məsələni biz qaldırmamışıq”
637031
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistan heç vaxt Rusiya hərbi bazasının ölkədən çıxarılması məsələsini qaldırmayıb.

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 16-da parlamentdə hökumət saatı zamanı bildirib.

Məsələni hakim qüvvənin deputatı Roman Ambartsumyan səsləndirib. O, sualını belə ifadə edib:

“Ermənistan müxalifəti sahibsiz qala biləcəyindən narahatdır”.
 

Suala cavab verən Paşinyan bildirib ki, 2018-ci ildən etibarən Rusiya prezidenti və digər yüksəkvəzifəli şəxslərlə əlaqə saxlayır və bütün bu müddət ərzində Ermənistan tərəfindən hərbi bazanın çıxarılması məsələsi heç vaxt qaldırılmayıb. Onun sözlərinə görə, ümumiyyətlə, Ermənistanın heç bir nümayəndəsi belə bir məsələni gündəmə gətirməyib.


Daha sonra Paşinyan bildirib ki, Bişkekdən qayıtdıqdan sonra Rusiya prezidentinin “Əgər Ermənistan bazanın çıxarılmasını istəyirsə, biz onu çıxaracağıq” dediyini görüb.

“Daha sonra brifinqdə jurnalistlər sual verdilər və mən bildirdim ki, Ermənistan heç vaxt bazanın çıxarılması məsələsini qaldırmayıb. Lakin Rusiya bazanı çıxarmaq qərarına gəlsə, Ermənistan buna etiraz etməyəcək. Çünki bazanın mövcudluğu Ermənistan Respublikası üçün həyati əhəmiyyət daşımır. Əgər Rusiya bazanı saxlamaq istəyirsə, biz bunu müzakirə etməyə hazırıq. Bütün hekayə və bəyanatlar bundan ibarətdir. Nə artıq, nə də əskik”, — deyə Paşinyan bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO