Xankəndidə İncəsənət Məktəbi fəaliyyətə başlayacaq

Xankəndidə İncəsənət Məktəbi fəaliyyətə başlayacaq

Hazırda oxunan: Xankəndidə İncəsənət Məktəbi fəaliyyətə başlayacaq

637048

Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na dəyişiklik edilərək Xankəndi şəhər İncəsənət Məktəbi Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət təhsili müəssisəsi kimi təsbit edilir. Eyni dəyişikliklə Füzuli şəhər Kurmanqazı adına İncəsənət Məktəbinin də müvafiq hüquqi statusu rəsmiləşdirilir.

Bizim.Media xəbər verir ki, Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Xankəndidə İncəsənət Məktəbinin fəaliyyətə başlaması işğaldan azad edilmiş ərazilərdə sosial, təhsil və mədəni infrastrukturun bərpasının mühüm istiqamətlərindən biridir.
 

Məktəbin yaradılması uşaqların və gənclərin incəsənət təhsilinə əlçatanlığının təmin edilməsinə, onların yaradıcı potensialının üzə çıxarılmasına və Qarabağın zəngin mədəni ənənələrinin gələcək nəsillərə ötürülməsinə xidmət edəcək.


İlkin mərhələdə məktəbdə 100-dək şagirdin təhsil alması, sonrakı mərhələlərdə isə şagird sayının ən azı üç dəfə artırılması nəzərdə tutulur.

Tədris musiqi ilə yanaşı, tələbat əsasında incəsənətin digər istiqamətlərini də əhatə edəcək.

Mədəniyyət Nazirliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə incəsənət təhsilinə olan tələbatın müəyyənləşdirilməsi məqsədilə MyCulture vahid şəxsi kabinetində xüsusi elektron müraciət bölməsi yaradılıb.

Xankəndi, Şuşa, Laçın, Kəlbəcər, Cəbrayıl və Zəngilan üzrə indiyədək 300 nəfər qeydiyyatdan keçib.

Daxil olan müraciətlər ərazilər və ixtisaslar üzrə təhlil edilərək tədrisin təşkili, ixtisasların müəyyənləşdirilməsi və müəllim təminatı zamanı nəzərə alınacaq.

Xankəndidə yeni incəsənət məktəbinin fəaliyyətə başlaması Böyük Qayıdış prosesinin mədəni və yaradıcı mühitlə tamamlanmasına xidmət edən mühüm addımdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO