Subsidiyalarla bağlı ŞAD XƏBƏR
“Fundamental tədbirlər çərçivəsində əsas məqsədlərdən biri istehsal potensialının gücləndirilməsidir. Məqsəd ixtisaslaşmış rayonlarda məhsuldarlığın artırılmasıdır. Hazırda orta məhsuldarlığın 4 tondan 5 tona çatdırılması hədəflənir ki, bu da istehsal həcminin və özünü təminetmə səviyyəsinin artmasına səbəb olacaq”.
Bizim.Media xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”...