Hikmət Hacıyev: "Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" – FOTO
Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır və qarşılıqlı hörmət, bərabərlik və ümumi fayda prinsipləri əsasında inkişaf edir.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Aİ Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) nümayəndə heyətini qəbul etməsi ilə bağlı "X" sosial media hesabında paylaşımında qeyd edib.
Diplomat oktyabrın 1-də Avropanın nümayəndə heyətini qəbul etməkdən məmnun olduğunu bildirib:
"Bu gün Avropanın 20-dən çox ölkəsinin nümayəndələrindən ibarət Aİ Şurasının Şərqi Avropa və Mərkəzi Asiy...