“Birliyin Gücü-2026” birgə hərbi təlimi çərçivəsində oktyabrın 1-də Azərbaycan Ordusunun arsenalına yeni qəbul edilən və hazırda istifadədə olan silah və hərbi texnikanın sərgisi təşkil edilib.
Bizim.Media xəbər verir ki, sərgi Xocavənd rayonunun Qızılqaya Təlim Mərkəzində keçirilib.
Sərgiyə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Yaşar Güler və Özbəkistanın müdafiə naziri general-leytenant Şuxrat Xalmuxamedov baxış keçiriblər.
Təqdim olunan silah və hərbi texnikanın bir qismindən təlim çərçivəsində keçirilən praktiki məşqlər zamanı da istifadə olunub.
Sərgidə müxtəlif növ silah sistemləri və hərbi texnika, o cümlədən ağır artilleriya qurğuları, radar əleyhinə sistemlər, toplar və pilotsuz uçuş aparatları nümayiş etdirilib.
Bununla yanaşı, tanklar, zirehli döyüş maşınları, hərbi yük və xüsusi təyinatlı texnika, müxtəlif atıcı silahlar, pilotsuz uçuş aparatları, eləcə də müşahidə-kəşfiyyat avadanlıqları təqdim olunub.







Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:01 / 01.10.2026
3 ölkənin müdafiə naziri Xocavənd rayonunda hərbi texnikanın sərgisində – FOTO
Hazırda oxunan: 3 ölkənin müdafiə naziri Xocavənd rayonunda hərbi texnikanın sərgisində – FOTO
Hazırda oxunan: 3 ölkənin müdafiə naziri Xocavənd rayonunda hərbi texnikanın sərgisində – FOTO
639838
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































