Avropa İttifaqının (Aİ) 13 ölkəsinin hökuməti Avropa Komissiyasını yeni qanun və direktivlərin qəbulunu sürətləndirmək əvəzinə, mövcud qaydaları yenidən nəzərdən keçirməyə çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Die Welt” nəşri məlumat yayıb.
Məlumata görə, məktubda Aİ-nin mövcud qanunvericiliyinin zəruriliyinin və tətbiqinin yenidən yoxlanılması təklif olunur. Ölkələr yeni tənzimləmələrin qəbulundan əvvəl qüvvədə olan qaydaların biznes və iqtisadiyyat üçün yaratdığı yükün qiymətləndirilməsini istəyirlər.
Çağırışa qoşulan ölkələr arasında Almaniya, Avstriya və İtaliya da var.
Bildirilib ki, 13 ölkə Avropa Komissiyasından yeni qanun və direktivlərin hazırlanması əvəzinə, mövcud tənzimləmələrin həqiqətən zəruri olub-olmadığını müəyyənləşdirmək üçün “tənzimləyici fasilə” tətbiq etməsini tələb edir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
18:12 / 01.10.2026
Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi
Hazırda oxunan: Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi
Hazırda oxunan: Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi
639885
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































