“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlandı – FOTO

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlandı – FOTO

Hazırda oxunan: “Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlandı – FOTO
639864
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nizami rayonu, B. Çobanzadə küçəsi, ev 338A ünvanında fəaliyyət göstərən fiziki şəxs Mirzəyev Eltun Ceyhun oğluna məxsus “Qızıl Saray” şadlıq sarayında plandankənar yoxlama keçiriblər.

Bizim.Media xəbər verir ki, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu müəyyən edilib.

Belə ki, müəssisədə istifadə olunan ətlərin müşayiətedici sənədlərinin olmadığı və istehlaka yararsız vəziyyətdə olduğu aşkarlanıb. Həmçinin digər nöqsanlar müəyyən olunub.

“Aşkarlanmış nöqsanlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. İstehlaka təqdim olunan ətlərdən nümunələr götürülərək müayinələrin aparılması məqsədilə laboratoriyaya təqdim olunub. Həmin məhsulların dövriyyəsi qadağan edilib, nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib”, - AQTA-nın məlumatında qeyd olunub.

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlandı – FOTO - foto 1
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlandı – FOTO - foto 2
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlandı – FOTO - foto 3
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlandı – FOTO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO