"Rəhimlə aramıza girənlərin ölümünü gözləyirəm"

Hazırda oxunan: "Rəhimlə aramıza girənlərin ölümünü gözləyirəm"

617887

Müğənni Kərim Abbasov "Həmin Zaur" verilişində qonaq olub.

Sənətçi proqramda bir zamanlar qalmaqal yaşadığı mərhum həmkarı, bəstəkar Rəhim Rəhimli haqda danışıb. 

"Allah Rəhimə rəhmət eləsin. Küsülüydük, Rəhimlə aramıza girən var idi. Dalaşmamışdıq. İndi həmin şəxslər sağdır, onların ölümünü gözləyirəm. Arada gəzənlər, heç nədən adamı pis çıxaranlar var. Adım, sözüm olmadan Rəhimə nəsə çatdırmışdılar və o insan ömrünün sonuna qədər mənimlə küsülü qaldı. Təbii ki, peşmanlıq hissi keçirirəm. Kim istəyər ki, həyatdan küsülü getsin" deyə, Kərim bildirib.

Qeyd edək ki, Kərim Abbasov iki il əvvəl müsahibələrinin birində onunla müğənni Niyam Salaminin arasını R.Rəhimlinin vurduğunu iddia edərək onu şeytan adlandırmışdı.(axşam.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO