Madonnanın paltarları 3,2 milyon dollara satıldı -  FOTOLAR

Madonnanın paltarları 3,2 milyon dollara satıldı - FOTOLAR

Hazırda oxunan: Madonnanın paltarları 3,2 milyon dollara satıldı - FOTOLAR

61120
Pop musiqisinin əfsanəvi isimlərindən olan Madonannın konsertlərdə və bəzi filmlərdə geyindiyi paltarları Los Ancelesdə təşkil edilən açıq hərracda 3,2 milyon dollara satılıb.
 
Müğənninin 1985-ci ildə Şon Penn ilə evlənərkən geyindiyi gəlinliyə 81 min 250 dollara müştəri çıxarkən, "Desperately Seeking Susan" filmində giyindiyi pencək  252 min dolara, sırğaları isə 34 min 375 dolara satılıb.
 
Aktrisanın "Evita" filmindəki paltarına 15 min dolara, "Material Girl" mahnısının klipində istifadə etdiyi qiyafətə isə 73 min 125 dolara alıcı çıxıb.
 
Qeyd edək ki, həmin hərracda Con Lennonun eynəyi 25 min dolara, Elvis Preslinin üzüyü isə 57 min dolara satılıb.(publika.az)


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO